Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetlərdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsi ilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir, Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsə-lələrindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.

Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.

Kənd müəllimlərimizin isə bu yolda vəzifələri daha artıqdır. Məlumdur ki, kəndlərimizin qismi əzəmi cəhalət guşəsinin timsalıdır. Bu qaranlıq yerdə bir işıq varsa, o da kənd müəllimidir, hər bir kəndin hər bir cürə «ehtiyacı kənd müəlliminə gözəlcə aydındır. Belə olan surətdə bu barədə dinib-danışmamağın nə mənası vardır. Necə ola bilər ki, yanında olan adamların çəkdiyi əziyyətləri, ehtiyacları görə-görə və bilə-bilə bu barədə sikut xtiyar edəsən və danışmayasan. Halbuki, səni danışmamağa məcbur edən heç bir şey yoxdur.

Yenə də Rusiya müsəlmanları içində içəri Rusiyanın müsəlman müəllimləri bu barədə mətbuat vasitəsi ilə həm özlərinə və həm də əhaliyə bir çox mənfəətlər yetirirlər.

0 tərəflərin qəzetlərini açdıqda içində bir-iki nafe məyyqaləyə təsadüf olunur ki, müəllifləri müəllimlərdir. Amma bizim Qafqaz müəllimləri bu qədər ehtiyacatın vücudulə mətbuata əhəmiyyət vermirlər. Bir kəlmə, öz mühitlərinə laqeydanə bir nəzərlə baxırlar. Bu isə arzu olunan işlərdən deyildir.

 

Bəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar-məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa çür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə «bakirə» yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəh-şilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dolu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir.

Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, — doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq «bakirə» olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda kçində bir dənə darı axtarmağa bənzər.

Doğurdan da Zaqafqaziyada çox az kənd taparsan ki, orada məktəb deyilməyə yarısı qədər layiqli olan bir müəssisə ola, doğrudur, bəzi kəndlərin yarısı uçub tökülmüş olan məscid içində çoxdan bəri İrandan qəti əlaqə etmiş olan bir çolaq «molla» taparsan ki, üç-dörd dana uşağı başına yığıb çərəkə oxudur. Amma bunun özü də cəhalətin birinci nişanəsidir. Bütün kəndi axtarsan bir nəfər savad əhli görməzsən, kördüyün adamların hamısı dünyadan bixəbər, zəlil və məqbun....

Bir yerdə ki, elm və maarif olmadı, orada zülm və istibdad hökmü-fərma olar, bütün kəndin ağası ya yüzbaşıdır və ya bir nəfər yasavul! Bütün kənddə bunların hekmü caridir, bir nəfərin bunlara etiraz etməyə və ya əmrlərinə qulaq asmamağa haqları yoxdur. Hər kəndlinin bəxti və taleyi bu məmurların kefinə bağlıdır. Bunlar istəsələr-kəndlini «xoşbəxt» edərlər, istəsələr «bədbəxt» edə bilər. Lakin «xoşbəxtlik» mərtəbəsinə çatmaqda bir bu qədər asan deyildir. Bunun üçün çox vaxt əvvəlcə vardan-yoxdan çıxmaq lazımdır. Bu günə «məmur»lar kənd əhlinə o nəzər ilə baxırlar, nə nəzər ilə ki, Bakıda konka3 atlarına baxılır. Kəndlini hər dəqiqə döymək, söymək, təhqir etmək adi bir işdir ki, «pulsuz iş keçməz». Hətta belə bir etiqad da var ki, kəndli hərdən haq-nahaq döyülüb söyülməsə, o halda «azar, qudurar». Hələ bunu da müəkkid surətdə deyirlər ki, kəndlilərin özləri «mülayimliyi» sevmirlər. Üstlərində şədid bir əl olmağı arzu edirlər.

Hər yerdə mədəni kəndlilərin səhər tezdən durduqda birinci fikri əkin, bağ, bostan, mal-qara isə, bizim kəndlilərin birinci fikri, daha doğrusu, birinci hissi (çünki fikir yoxdur) yasovul ağanın filan əmrini yerinə yetirməkdir və ya filan kəndlini «ağa» qabağında şeytanlamaqdır. Çünki istibdad olan yerdə, istibdaddan törəyən hər nə murdar şeylər varsa, məsələn, danosbazlıq, bir-birini şeytanlamaq, yalan söyləmək, quyruq bulamaq, əl-ayaq öpmək və hər , cür rəzalət dəxi hökmfərma olar.

Pristav yazıçılarından biri bizə söyləyirdi ki, kənd əhli mənim işıldayan düymələrimi gördükdə, az qalırdılar ki, yerə yıxılsınlar. Qocaları, ağsaqqalları «cürət» edib mənə tərəf yaxınlaşıb, əlləri döşündə olaraq deyirdilər: «A yaranal4, qırma bizi!». Yanımda olan yasovul bunlara bir-iki tatarı çəkdi, qovaladı. Mən yasovula:—Nə üçün bunları vurursan? — dedim. Cavab verdi ki, belə edilməsə, bunlar qudurub başımıza çıxarlar...

İşıldayan düymə sahiblərinin hər bir sözü kəndli üçün bir qanun və zakon hökmündədir. Bir çox qaçaq və quldur taparsan ki, onların bu vəhşi sənətlərinin baş səbəbi bir hökmə qulaq asmamaq olubdur...

Belə şərait üzrə yaşayan kəndlilərin şübhəsizdir ki, əhvali-iqtisadiyyələri ən alçaq bir mərtəbə olacaqdır...




1. «Müəllimlərimiz və mətbuat» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 2 may tarixli 97-ci nömrəsinin 1-ci səhifəsində «Üzeyir» imzası ilə dərc edilmişdir. Məqalənin məqsədi aydındır; müəllimlər mətbuatda fəal iştirak etməlidirlər.
2. «Bir yerdə ki elm və maarif olmadı, orada zülm və istibdad hökmü-fərma» olar istiqamətli «Kənd-kəsəklərimiz» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 3 may tarixli 98-ci nömrəsinin 1-ci səhifəsində «Üzeyir» imzası ilə dərc edilmişdir. Məqalə «mabədi var» sözləri ilə qurtarır, lakin məqalənin ardını qəzetin bundan sonra gələn nömrələrində tapa bilmədik. Görünür ki, burada verilmiş cürətli tənqid mabədinin yazılmamasına səbəb olmuşdur. Məqalədə göstərilən: yüzbaşı: yasavul (kənd yerlərdə), pristav—polis məmurlarının tutduqları vəzifələrdi.
3. Konka atları — o zaman Bakıda tramvayı konka (şəhər dəmir yolu) əvəz edirdi; konkaya qoşulan atlar istismar edilərdi, onlara yem az verilərdi, ona görə çox arıq olardılar.
4. Yaranal — burada general deməkdir.



 
   © Musigi Dunyasi, 2005