Ənvai-əksam işlərimizə diqqət yetirdikdə
bu işlərdə zahir olan halətlərimizi nəzərə
aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz
hələ öz-özümüzü, öz mövcudiyyətimizi
və öz moqeyimizi dürüst anlamamışıq.
Biz nəyik, nə haldayıq, hansı moqeyi işqal
etməkdəyik — bunlar hamısı bizim üçün
hələ qaranlıqdır. Hər ağızdan
eşidilən «millətimiz cahildir, bacarıqsızdır,
müsəlmandan bir şey çıxmaz» kimi sözlərin
ağız sahiblərini bir yerə yığsaq,
elə bir əksəriyyət hasil olar ki, gendən
baxan o əksəriyyətin belə «ahu-zarına»
istinadən camaatımızı bədbinlər
cərgəsindən sayar. Yəni elə zən
edək ki, biz öz-özümüzü tərəqqiyə
sövq etmək yolunda çox da çalışıb,
çox vuruşub, lakin heç bir şey çıxmadığını
və bundan sonra da çıxmayacağını
anlayıb, məyus olmuşuq və bədbinlər
cərgəsinə girmişik.
Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və «ahu-nalə» də etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Fəqət əsil mətləb burasıdır
ki, bizlər nə bədbinlərdənik, nə
də nikbinlərdən. Zatən biz bədbinlik
və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin
də halımızdan şikayət etməsi bədbinlik
əlaməti dəyildir. Bəlkə boş-boşuna
vayıldamaqdır. Uşaq ağlamağıdır.
Digər hissəmizin də nikbinanə davranması
qeydsizlik və yaxud qəflət əlamətidir.
Hal-hazırda biz bir ailənin balaca əzalarına
bənzəyirik. Yəni uşaq kimi bir haldayıq.
Uşaq bir ailə nə olduğunu nədən
anlaya bilər? Ailənin xeyir və zərəri
nədə olduğunu mülahizəyə ala bilərmi?
Uşaqdan ötrü hər bir şey qızıl
rəngində görünür. Uşaqdan ötrü
keçmiş yaxşı imiş, indiki hal daha yaxşıdır.
Və gələcəkdə yaxşı ola-caqdır.
Ailələrinin həqiqətən nə halda oldğunu,
digər ailələr arasında hankı moqeyi işğal
etdiyini, özgələrin bunlar ilə olan münasibatı
və ailənin gələcəyi—bunlar hamısı
uşaqdan ötrü məchuldur. Zatən o xüsuslarda
fikir etmək belə uşağın xiyalına
gəlmir. Çünki bu cürə nöqtələri
anlayacaq hiss və düşünəcək ağıl
hələ nəşvü, nüma edilmiyibdir, Amma
elə ki, uşaq böyüməyə başlayır,
təcrübə sahibi olur, əqli artır, o halda
ailə nə olduğunu düşünür. Öz
ailələri ilə digər ailələr arasında
mocud olan hüdudu gözü seçir. Ailəsinin
digər ailələrə nisbətən hankı
moqeyi işğal etdiyini anlayır. Sonra ailələrinin
gələcək qeydini çəkməyə də
başlayır...
Bu kün bizim millətimizi təşkil edən camaatın əksəri də haman ailə coçuqlar halındadırlar. Onlar bizim halətimizi aydın və aşkar surətdə təsəvvürlərinə gətirə bil-mirlər. Hankı mövqedə olduğumuzu seçmir və hansı moqeyə keçmək lazım olduğunu da düşünməyə qadir dəyillər.
Odur ki, hər bir əfal və hərəkatlarında
ümum millət mənafeyi nöqteyi-nəzərindən
faydasızdır...
Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu
ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl
Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq
Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini
və bir də Mustafa Aliverdov—Əliyevi vəkil
seçib də, «Molla Nəsrəddin» jurnalı barəsində
bir məqalə yazıb idarəmizə göndəribdirlər.
Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir
ki, birisi G ənceyi, ikinci təbrizli və dördüncüsü
də nerəli olmağı məlum dəyildirsə
də, müsəlmanca bisavaddır.
Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə
idarəmizə rəsmi bir kağız göndərməklə
tez cavab versinlər. .
1. Azərbaycan millətini cahil,
bacarıqsız hesab edənlərə qarşı
yönəlmiş «Halımız» sərlövhəli
məqalə «Həqiqət» qəzetinin 1910-çu
il 3 mart tarixli 50-ci nömrəsinin 3-cü səhifəsində
«Üzeyir» imzası ilə dərc edilmişdirr.
2. «Molla Nəsrəddin» jurnalını müdafiə
etmək məqsədilə yazılmış
«Ümumvladiqafqaz camaatına açıq məktub»
«Həqiqət» redaksiyası tərəfindən
imzalanaraq həmin qəzetin 1910-cu il 5 mart tarixli
51-ci nömrəsinin 3-cü səhifəsində
dərc edilmişdir. Həmin məsələyə
həsr edilmiş «Vladiqafqaz camaatına bir də
açıq məktub» sərlövhəli məqalə
imzasız verilərək «Həqiqət» qəzetinin
1910-cu il 18 mart tarixli 59-cu nömrəsinin 2—3-cü
səhifələrində dərc olunmuşdur.
Hər iki məqalənin müəllifinin «Həqiqət»
qəzetinin redaktoru və «Molla Nəsrəddin»
jurnalının həmrəylilərindən və
müdafiəçilərindən biri — Üzeyir
Hacıbəyov olduğu şübhəsizdir.