Bu günlərdə əlimizə düşən
rus qəzetələrinin hankını açırsan,
içində əlaməti yas olmaq üzrə qara
çərçivə içərisində bir ad.
Altında da haman ad sahibinin təzkar namini görürsən.
Rusiyada mövcud olan ən böyük şəhərlərin
ən böyük qəzetləri və ən kiçik
şəhərlərin ən kiçik ruznamələri
hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali
yas və kədərlə xəbər verirlər
və onun etmiş olduğu xidmətlərini zikr
edirlər. Şübhəsizdir ki, bütün əcnəbi
qəzetələri dəxi bu məluləngiz xəbəri
yüzminlərcə olan öz oxuçularına
xəbər verəcəkdirlər.
O ad sahibi kimdir?
Ad sahibi — Vera Fyodorovna Komissarjevskayadır. Əcəba,
bu arvad nəçi idi ki, bunun vəfatını
bütün qəzetlər ağlaya-ağlaya xəbər
verirlər? Bəzi yerlərdə komitələr
təşkil olunur ki, müttəvafan cənazəsi
pişivazına çıxsınlar. Bəziləri
onun naminə ittihaf olunmaq üzrə bir məcmuə
nəşr etmək istəyirlər. Müttəfinin
qövm və əqrəbası yüzlərcə
təəssüf teleqramları alırlar. O nəçi
idi? Bu arvad — artistka idi, teatrçı idi, özü
də mahir və böyük bir artistka idi.
Belə bir sənətin sahibəsinə bu qədər
hörmət və izzət bir çox müsəlmanlara
qərib görünən əhvalatdır, zənn
edirəm. Teatrçılıq haman müsəlmanların
nəzərində rəzil bir sənətdir və
hətta günahdır...
Əvət! İki-üç yüz il bundan irəli
xristian keşişləri dəxi bu fikirdə olub,
vəfat edən teatrçıları dəfn etməyi
də həram bilirdilər. Amma indi elə dəyil.
Bu günə teatrçılıq ən hörmətli
sənətlərin biri olub sənayei nəfisə
cümləsinə giribdir. Əvvəllərdə
murdar ədd olunan teatr səhnəsi indi bir ayinəyi-ibrətnüma
olubdur.
Teatrçı isə, o aynayə baxan adamın haman
aynada görünən əks və surəti olmaqdan
başqa, teatr yazıb da camaata bnr fikir təqdim
etmək istəyən müəlliflərin haman
fikrini danışıq və hərəkat ilə
mahiranə bir surətdə ifadə edir. «Zər
qədrini zərgər bilər» timsalına müvafiq,
içlərindən mahir teatrçılar çıxmağa
yol verən mütəməddin millətlər o
teatrçıların qədrini bəhəqq bilirlər.
Məşhur teatrçıların hamısı
hər yerdə izzət və hörmət gördükləri
kimi, böyük dövlət və sərvətlər
də qazanırlar. Onların içində teatrçılıqdan
milyon qazananlar da vardır. Zatən biz kimin qədrini
bilirik ki, teatrçılar qədrini də bilək!
Avam camaatımız anlamazlıqdan, anlayanlarımız
da büxl və həsəd ucundan öz adamlarının
qədrini bilmək istəmirlər. Bir işdə,
bir sənətdə baş qovzayanın başından
vurulur, qabağına səddlər çəkilir...
Mütəməddin məmləkətlər — münbit
torpaqlı və gəlirli yerli bir çəməndir
ki, onun üzərində əlvan çiçəklər,
cürbəcür güllər bitib, gözəl
mənzərələri, ətir və ənbərləri
ilə tamaşa edənlərin könlünü
fərəhnak, ruhini ləzzətyab və çəmənin
özünü də qiymətdar edirlər. Allahın
yağışı, günün şəfəqi,
torpağın yemi bu çəməndə bitmək
istəyən hər bir gülü hər tərəfdən
himayə edib, nəşvü nüma və təravətinə
xidmət edirlər. Bizim yerlər isə — elə
gülləri qəbul etmir kimi, bir şey bitirmir
və özü-özbaşına bitmək istəyənin
də üzərinə kəsif bir kölgə
salmaqla nə qoyur ki, gün qızdırsın və
nə qoyur ki, yağış görsün, yandırır,
soldurur, məhv edir...
Lakin ümidsiz olmaq yaxşı deyildir, XX əsrdə
bütün aləmə cari olmağa başlamış
mədəniyyət selinin qabağını heç
bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır.
Bu selin muradı, dünya üzünün kəsafətini
təmizləməkdir. Yavuqdur o zaman ki, haman seyli-xüruşan
bizim yerlərə dəxi hücumavər olub üzərimizdə
olan və bizi nəfəs almağa qoymayan kəsif
daşları, qayaları yerindən oynadıb zail
edər. O daşların altında yatmış
olan qurdları yuyar, yerimizə, torpağımıza
can verər, o halda bizim yerlərdə də güllər
və çiçəklər bitib, buraları çəmənzarə
döndərər. Heç naümid olmamalı.
Günlərin bir günü Purişkeviç ilə
Hacı Xudu yatmışdılar. Purişkeviç
Peterburqda yatmışdı, Hacı Xudu da öz
evində yatmışdı. Bunlar bir-birlərini
yuxuda gördülər. Hacı Xudu ayıq olduğu
zaman Purişkeviç barəsində çox şitmişdi
ki, bu hərif müsəlmanların ziddinə gedəndir.
Müsəlman xeyirxahı dəyildir. Hətta bir
jurnalda onun şəklini də Hacıya göstərmişdilər.
Amma Hacı yuxusunda Pruşkeviçə baxıb
gördü ki, hərif çox da çirkin dəyildir.
Gözündə çeşmək, əynində
yaxşı libası, bir göyçək adamdır.
Hacı Pruşkeviçə dedi:
— Sən bir göyçək adamsan, amma sənin
şəklini nədənsə çox pis çəkiblər.
Pruşkeviç Hacıya cavab verdi:
— «Ke, ey nik bəxt, an nə şekle mən əst,
Vəlakin qələm dər kəfe doşmən
əst».3
Sonra Hacı yenə soruşdu:
— Bir də deyirlər ki, sən və sənin kimi
adamlar biz müsəlmanlara zidsiniz. Müsəlmanların
bədxahısınız.
Pruşkeviç cavab verdi.
— Mən də bilmirəm, doğru deyirlər, yoxsa
yalan. İstirsən mən də bir-iki kəlmə
danışım. Gör yalan deyirlər, yoxsa haqq
danışırlar.
Hacı razı oldu və Pruşkeviç başladı
danışmağa.
Pruşkeviç — Mən istəmirəm ki, müsəlmanlarda
qəzetə olsun.
H a c ı — Onu biz də istəmirik. Qəzet bizim
şəriəti mizdə haramdır.
Pruşkeviç — Mən istəmirəm ki, müsəlmanlarda
teatr olsun.
H a c ı — Biz özümüz də onu istəmirik.
Teatr şəriətimizdə haramdır.
Pruşkeviç — Mən istəmirəm ki, müsəlmanlarda
musiqi çalmaq, şer yazmaq və şəkil çəkmək
işləri tərəqqi etsin.
H a c ı — O cür şeyləri biz özümüz
də istəmirik. Onlar hamısı şəriətdə
haramdır.
Pruşkeviç — Mən istəmirəm ki, müsəlmanlar
nemes dili, firənk dili, hesab, çoğrafiya, hikmət,
fəlsəfə,. kimya, tarixi-təbiət, tarixi-bəşər,
həndəsə, müsəllasat və bu cür
şeyləri bilsinlər.
Hacı — Bu cür şeylərin hamısı kifrdir.
Biz özümüz də onları istəmirik.
Pruşkeviç — Mən istəmirəm ki, müsəlmanlarda
üsuli-cədid məktəbləri olsun.
H a c ı—Allah üsuli-cədid çıxardanlara
lənət eləsin. O cür məktəblər
hamısı bicxana yığıncağıdır.
Pruşkeviç — Mən istərdim ki, müsəlman
məktəblərinin hamısı ruhani məktəbləri
olsun.
Hacı — Əlbəttə, əlbəttə...
Biz də onu istəyirik.
Pruşkeviç — Amma bu şərtlə ki, o məktəbdərdə
şəriətdən başqa özgə elmlər
oxunmasın.
H a c ı — Allah atana rəhmət eləsin. Bəs
biz dediyimiz nədir?
Pruşkeviç — Bəs belə!
Hacı — Doğurdan deyirsən, yoxsa zarafat eyliyirsən?
P r u ş ke v i ç — Xeyr, doğurdan deyirəm.
H a c ı (şad və xürrəm) — Əlini
mənə (urəyində) zərər yoxdur,
sonra əlimi suya çəkərəm (aşkara)
hər kəs sənə pis deyir, onun özü
pisdir. Bu canım üçün hərçəndi
sən urussan, amma bir çox müsəlmanlardan daha
müsəlmansan! Təki müsəlmanların
sənin kimi bədxahları çox ola.
Pruşkeviç — Arxayın ol. Mənim kimilər
çox-çoxdur. Amma təki müsəlmanların
çoxu sənin kimi ola.
Hacı—Arxayın ol, mənim kimilər çox-çoxdur!
Pruşkeviç — Bəs yerdə qalanlar?
H a c ı — Yerdə qalanların hamısı babılardır.
Pruşkeviç — Bizim də yerdə qalanların
hamısı cuhuddur.
Bundan sonra ikisi də yuxudan ayıldılar, İndi
bir adam lazımdır ki, bunların ikisinin də
yuxusunu poza...
1. «Qədrşünaslıq» sərlövhəli
məqalə «Həqiqət» qəzetin 1910-cu il
15 fevral tarixli 37-ci nömrəsinin 1-ci səhifəsində
«Üzeyir» imzası ilə dərc edilmişdir.
Məşhur rus dram aktrisası V. F. Komissarjevskayanın
(1864—1910) simasında teatr sənətini yüksəltmək,
teatr xadimlərinə isə yüksək qiymət
vermək («Zər qədrini zərgər bilər»),
geriliyə, nadanlığa, avamlığa son qoymaq,
durmadan tərəqqi etmək arzusu ilə yaşayan
müəllif teatr sənətinin mütərəqqi
rolunu bir daha təsdiq edir.
2. Azərbaycan xalqının tərəqqisinə
maneçilik göstərən irticaçı pruşkeviçləri
və nadan hacı xuduları atəşin tənqidə
tutan «Pruşkeviç və Hacı Xudu» sərlövhəli
felyeton «Həqiqət» qəzetinin 1910-cu il 17 fevral
tarixli 39-cu nömrəsinin 2-ci səhifəsində
«...kəs» təxəllüsü ilə dərc
edilmişdir.
3. Ke ey nikbəxt, an nə şekle mən əst,
Vəlakin qələm dər kəfe doşmən
əst — farscadır, tərcüməsi: Ey xoşbəxt,
o mənim şəkilim deyil, Lakin qələm
düşmən əlindədir.