Zənni-acizənəmcə, dilimizin islahı
barəsində yazmadan qabaq, dilimizin əbqasi xüsusunda
danışıb demək daha əfzəldir.
Çox vaxt rus qəzetələrində bu noi xəbər
oxunur: filan müsəlman qəryəsində hökumət
bir məktəb açdı, lakin əcnəbi dilinə
qarşı xüsumət ibraz edən əhali bu
məktəbə həvəslə uşaq qoymurlar.
Yaxud filan məktəbin müəllimi rus olduğuna
görə əhali məktəbə uşaq vermək
istəmir. Bundan başqa, özümüz də
bir çox ataların ağzından bu sözü
eşitmişik ki, filan məktəbdə müsəlmanca
oxunmadığına görə biz da oraya uşaq
qoymaq istəmirik.
Əvvəl nəzərdə bu cürə əhvalat
hər kəsə, yəni milli tərəqqi tərəfdarlarına
çox xoş gəlir. Onlar belə zənn edirlər
ki, rus məktəbinə, rus müəlliminə
«müsəlman dili ol-mamazlığa» qarşı
etiraz edən müsəlmanlar öz ana dillərini
o qədər sevirlər ki, o dil tədris edilməyən
məktəbə uşaq qoymaq istəmirlər.
Yəni bugünkü polyak, yaxud leh tayfası kimi
hərəkət edirlər. Öz məktəblərinin
tərəqqisini arzu edirlər.
Lakin heyhat, zahirdə xoş görünən bu
əhvalatın batininə əl vurulsa, çox puç,
əsassız və kədəravər nəticələrə
düçar olunar. Polyakların əcnəbi dildə
tədris edilən məktəblərə qarşı
qəlblərindəki nifrət, öz millət
və milliyyətlərini sevməkdən və
milliyyətlərinin ən böyük bir əlaməti
olan dillərinin qədir və qiymətini bildiklərin-dəndir.
Çünki onlar burasını çox gözəlcə
anlayıblar ki, hər bir millətin bütün
milliyyəti ilə bəqasına baş səbəb
onun dilidir və dilinin tərəqqisidir.
Amma bizim adamların xristian dillərinə qarşı
ibraz etdikləri xüsumət məhz fanatizm ucundandır,
nəinki millət Vəmilliyyətlərinin və
milliyyət əlaməti olan dillərinin qədir-qiymətini
bilməkdəndir.
Bunun dəlili çoxdur.
Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir: — Ərəb!
— Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları
etsən, cavabında deyər ki, mən ərəbəm,
dinim xristian dinidir, dilim ərəb dilidir. Bir farsdan
da bu əhvalatı soruşsan, deyər ki, mən
farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən
də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm,
dinim əlhəmdölüllah, islamdır, dilim
də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz
və s. dilidir. Həmçinin rus, erməni və
sairə. Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən? Deyər müsəlmanam.
— Hankı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili
də türk dilidir. Daha burasını düşünən
yoxdur ki, müsəlman adında millət yoxdur,
müsəlman adında dil yoxdur, müsələman—
yəni islam dinini qəbul etmiş bir adam deməkdir.
Din başqa, dil başqa. Din başqa, milliyyət
başqa. Dində dil yoxdur, dində milliyyət də
yoxdur.
Əgər bu gün yaponlar islam dinini qəbul etsələr,
onlar ancaq din cəhətincə müsəlman olarlar,
amma dil və milliyyətcə yapon qalırlar.
Hərçənd mətləb o qədər aydındır
ki, bu barədə artıq danışmağın
lüzumu olmasın gərək. Lakin genə də
bir para oxucularımızı mülahizəyə
alıb tozih məqal üçün bunu da əlavə
edirik ki, bizim bu sözlərimizdən məqsəd
müsəlmanları bölük-bölük edib
ittihad-islami pozmaq dəyildir. Çünki əvvəla,
ümum müsəlmanlar doğurdan da cürbəçür
millətlərdən əmələ gəlməkdədir
və saniyən ittihadı-islam ondan ibarət deyil
ki, ərəb, fars, türk və sair islamlar bir-birinə
qarışıb bir millət olsunlar. Bu mümkün
olan iş deyildir. Çünki ərəb nə
qədər istəsə də heç vaxt türk
ola bilməz. Ya türk çalışsa da, heç
bir vaxt dönüb ərəb ola bilməz. Bu, təbii
bir qanundur. Palıd ağacı heç vaxt armud ağacı
ola bilməz. Əgər palıd ağacını
armud ağacı eləmək istəyiriksə,
mümkün olmaz. Palıdın ancaq kökü
palıd bələci əvəzində alma meyvəsi
almaq mümkündür. O halda da palıdı calamaq,
peyvənd eləmək lazımdır. O surətdə
genə palıdın özü yox, onun üzərincə
qalanmış şaxdan alma gözləmək olar.
Əlbəttə, əgər iş calanmağa
qalsa, insanı da calamaq mümkündür. Məsələn,
bir türk Ərəbistana gedib ərəb arvadı
alar, sonra oğlunu da ərəb qızına evləndirər...
Əlbəttə nəvəsi ərəb olar...
Amma madam ki, bizim bu surətlə ərəb və
ya fars olmaq təşəbbüsündə dəyilik,
ona görə türklüyümüzdə baqi
qalırıq.
Buna görə də dilimiz türk dilidir. İndi
həmin bu türk dilimizin əvvəla, baqi qalması
və saniyən tərəqqi etməsi və islah
olunması barəsində çalışmalıyıq.
«Baqi qalması» sözlərinə oxucularımızın
diqqətini cəlb etməkdən məqsədimiz,
dilimizin baqi qalmamaq ehtimalı olduğunu bildirməkdir.
Çünki doğurdan da əgər biz öz ana
dilimizə indiyə qədər baxdığımız
nəzərlə baxmaqda davam edərsək, yəni
heç bir əhəmiyyət verməsək, ola
bilər ki, günlərin bir günü dilimiz itər,
batar, yox olar və bir millətin də ki, ,dili batdı,
onda o millət özü də batar, çünki
bir millətin varlığına, isbati vücud
etməsinə səbəb onun dilidir.
İndi dilimizə əhəmiyyət vermədiyimiz
nə yerdən məlumdur? O barədə gələn
səfər.
Biz öz dilimizə əhəmiyyət verməmişik.
Dilimizin qədrini və qiymətini bilməmişik.
Buna şahid, əvvəla, üsuli-qədim məktəblərimizdir,
hankı ata öz övladını üsuli-qədim
məktəbinə qoyduqda o məktəbdə oğlunun
nə dildə dərs oxuduğuna əhəmiyyət
veribdir?... heç biri... Atalarımız ancaq bununla
təsəlliyab olubdurlar ki, o məktəblərdə
«müsəlmanca» oxunur. Və müsəlmancadan
ibarət guya ərəb və fars dilləri imiş,
çünki həmin məktəblərdə bu
dillərdən başqa özgə bir dil oxunmur.
O,—eyb olmasın — məktəblərin— yenə eyb
olmasın—«proqramı» məlumdur: əvvəlcə
çərəkə, sonra cüzi quran, sonra quranın
məddi, ondan sonra «Gülüstan», «Bustan», «Əbvab»,
«Tarixi-Nadir», «Hafiz» və sairin fars kitabları.
Odur ki, o cür məktəblərdən çıxmış,
daha doğrusu, qaçmış uşaqlar, təbiidir
ki, türkcə heç bilməzlər, farsca danışmaq
bacarmazlar, ərəbcə ançaq qiraət oxumaq
bi-lərlər. O da şərtnən ki, ərəbcə
kitabda zirzəbər qoyulmuş ola.
Əhalimizi təşkil edən əfradın bir
parası molla və «şibhi molla»lardır, bir parası
mollaların müridləridir, bir parası da intiligentlər
və «şibhi intiligent»lərdir. Bir parası da
bunların müridləridir.
Mollalarımızdan türkcə biləni, yəni
türk sərf və nəhvinə mütabiq yazıb
danışmaq bacaranı yox dərəcəsində
azdır. Mollalarımızın müridlərindən
«savadlı» olanları varsa, onlar da yazı-pozularını,
məktub filanlarını farsca yazarlar, o da min cür
qələt ilə. Məsələn: hesablarında—roqəni
səmərqənd—pinc batman, malizəri-rusi—həft—
arşın, qəbz—əz hacı... filan vüsul
şüd divist pəncah mənat nəqd. Hələ
bunlardan bəziləri türkçə bilməməyi
özləri üçün bir «fəxr» də hesab
edirlər. Təsadüfən əllərinə
düşmüş türkcə bir kitabı açıb
farsca oxuyurlar.
Bundan başqa, üsuli-cədid məktəblərində
guya «müsəlmanca» oxunmuyur—deyə şikayət
edən bu cənablar, indi də «taza modaya» görə
hesab kitablarını, məktublarını rusça
yazdırmağa qeyrət edirlər. Kart vizitləri
üzərlərində adları rusca, dükan
qabağındakı elanları əksərən
rusca, dəftər-kitabları, buxqalterləri yəhudi,
ya rus olmaq şərti ilə rusca, təqvimləri
rusca, blankları rusca, konvert (zərf)ləri üzərində
adları rusca, rusca olmayanları da farsca. İmza
və qolları ənvait müsibətlə oxuna
biləcək surətdə rusca. Özləri də
xoşg müqəddəsdirlər, «müsəlmanca»
dərs istəmirlər. Yəni bir məktəb
açasan ki, içində yalnız ərəb və
ya fars dili təlim edilə—zərər yoxdur— «müsəlmanca»dır
deyə iktifa edirlər.
İntiligentlərimizin də türkcə bilməmələri
və onların müridlərinin də türkcə
bilmək istəməmələri aşkar bir əmrdir.
Deməli, nə o tərəfdə qeyrəti-milliyə
var, nə bu tərəfdə! Millət və milliyyət
nə olduğunu o tərəf anlamır, bu tərəf
də anlamaq istəmir.
İçimizdə bir ovuc millət qədrini bilən,
öz milliyətinn sevən adamlarımız varsa
da, bunların bu yoldakı səy və zəhmətləri
ancaq özlərinə qalır, qəzetə yazırlar,
özlərk oxuyurlar. Türkcə kitablar nəşr
edirlər, ancaq özlərini xərcə salırlar,
başqa milli təşəbbüslərə əl
vururlarməyus olurlar, çünki bu tərəf
puç, o tərəf bərbad, yerdə qalanlar da
bisavad.
|
A
balam sən nə üçün ağlayırsan?
Sənə nə olub, sənə
nə olub?
Sənə nə olub, ağlarsan?
|
Tazə doğulmuş uşaqların əksəri
ağlağan olar. O cürə-uşaqlara «kor» uşaq
deyərlər. Yaxud deyərlər ki, bu uşaq
çox «korluq» edir. Allah «nervinni» adamlardan uzaq eləsin.
Bu cür «kor» uşaqlar ata-anadan başqa qonum-qonşuların
da baş-beynini aparar.
Səhər, günorta, axşam, gecə, müttəsil
bunu eşidirsən:
— İnqa, inqa, inqa!.. Yorulmuş və yuxulu anasının
eəsi gələr:
— Ay balam, di yat, dincəl də! Amma uşaq yatmaz
və «inqa»sına davam eylər.
— İnqa, inqa, inqa!..
Atasının anasına xitabən səsi gələr:
— Əşi, sənin bu ölmüşün bizim
dirriyimizi korladı. Döşünü ver ağzına....
Uşaq bir qədər əmər və sakit olar.
Amma birdən-birə ağzını anasının
döşündən çəkib genə başlar:
— İnqa, inqa, inqa!..
Bu səfər anasının acığı dutar.
— Əşi, di öl... Vallah elə vuraram, bir də
səsin çıxmaz.
Amma bu hədə-qorxu uşağa kar eləməz.
Uşaq «inqa»sındadan əl götürməz.
O halda qonşuda olan qarı arvad yerindən durub
yorğanı çiyninə salar və düz uşaqgilə
gələr, anasına deyər:
— Ay arvad, uşağın üstünə çığırma,
pis şeydir, sən bir azca xubgər (xabgər) qayır,
ver uşağın ağzına, yuxu tutsun.
Anası durub qarının təlimi ilə xubgər
qayırar və qaşıqla uşağın ağzına
tökər. Doğurdan da uşağı yuxu tutub
yatar. Ata-anası qarı arvaddan razılıq edərlər.
O da, xal-qa bir yaxşılıq etdikdən dolayı
özü də xoşhal olub, evinə qayıdar.
Amma bir-iki saatdan sonra genə yatanlar oyanar.
Uşağın «inqa, inqa»sı ərşi-fələkə
çıxar.
İndi həmin bu Kirid məsələsi yazıq
Osmanlı üçün bir «kor» uşaq olubdur.
Kiridin «inqa, inqa»sından qulaq tutulur.
Bir neçə ay bundan əvvəl Kiridin haman «inqa,
inqa»sını anası olan Osmanlını lap «hələk»
eləmişdi. Ana balasına döş verdiyi kimi,
bu da Kiridə avtanomiya verdi, lakin Kirid «inqa, inqa»dan
əl çəkmədi. O halda Osmanlı şapalaq
hazırladı, amma qonum-qonşu tökülüb
qoymadılar və Kiridə «xubgər» verdilər.
Kirid yatdı. Qonum-qonşu çəkildi. Osmanlı
da öz işinə məşğul oldu.
Amma indi bu günlərdə genə Kirid oyanıb,
«inqa, inqa»sını ərşi-fələkə
çıxarıbdır.
İndi Osmanlı nə etsin?
Keçək əvvəlki mətləbə.
Bəli, uşağın «inqa-inqa»sı tazadan ərşi-fələkə
çıxar, o surətdə ağıllı ana
adam göndərib bir həkim çağırar,
deyər ki, bax gör bu uşağa nə dərd
dəyibdir ki, dincəlmir, həkim uaşğa baxar
və deyər ki, bunun qarınağrısı vardır
və qarnını ağrıdan da filan şey
və filan şeydir. Sonra dərman yazar, o dərman
uşağın qarnını ağrıdan şeyi
tələf edər, uşaq da rahat olub daha bir də
«inqa, inqa» eləməz.
İndi keçək ikinci mətləbə.
Şübhəsizdir ki, Kiridin də qarnının
ağrısı vardır. Onun qarnını ağrıdan
da söz yoxdur ki, yunandır.
Bəs Osmanlıya lazımdır ki, bu qarını
ağrıdana qarşı bir tədbir görsün.
Yoxsa qonum-qonşu «qarı»larının «xubgər»ləri
heç bir mənfəət verməyib, bəlkə
axırda «uşağı» tiryakxurd edə bilər.
Tiryakxorluq da məlumdur ki, həm şərən,
həm ürfən, həm tibbən, həm əqlən
və həm nəğlən haramdır.
1. «Dil» sərlövhəli məqalələr
«Həqiqət» qəzetinin 1910-cu il 24 yanvar tarixli
18 və 25 yanvar tarixli 19-cu nömrələrinin
1—2-ci səhifələrində «Üzeyir» imzası
ilə dərc edilmişdir. «Üsuli-qədim məktəb»
dedikdə müəllif keçmişdən miras
qalmış mədrəsələri nəzərdə
tutur. Bu mədrəsələrdə fars və
ərəb dillərinin tədrisiiə ümdə
fikir verilirdi. Olduqca məhdud olan tədris proqramına
bir çox fənnlər, o cümlədən Azərbaycan
xalqının ana dili fənni də daxil edilməmişdir.
Nəticədə mədrəsələri bitirən
şəxslər dərin və geniş biliyə
malik ola bilmirdilər. Üzeyir Hacıbəyovun
bu məqalələri «Üsuli-qədim məktəb»
əleyhinə, yeni məktəb və onun geniş
tədris proqramı uğrunda mübarizə kimi
səslənir. Ana dilinə məhəbbəti
geniş mənada — vətənə, xalqa məhəbbət
kimi düşünən Üzeyir Hacıbəyov
inqilabçı-demokratlarla həmrəy idi.
2. «Oyan-buyan» başlığı altında yazılmış
bu felyeton «Həqiqət» qəzetinin 1910-cu il 26
yanvar tarixli 20-ci nemrəsinin 3-cü səhifəsində
«...kəs» təxəllüsü ilə dərc
edilmişdir. Kirid adası Ağ dənizdə
yerləşmiş, ərazisi 8,3 min kvadrat kilometr,
əhalisi 463 min (1951-ci il hesabına görə)
olan dağlıq bir ölkədir. Əhali bağçılıq
və maldarlıqla məşğuldur. İmperialist
dövlətləri fitnəkarlıq törədərək
adanın hansı dövlətə — Yunanıstana
və yaxud Sultan Türkiyəsinə mənsub
olması ətrafında daim gərkin vəziyyət
yaratmışlar. Onlar bu dövlətləri hətta
vuruşdurmağa çalışmışlar.
Üzeyir Hacıbəyov özünün bu yazısında
1910-cu ilin əvvəllərində əmələ
gəlmiş gərkinliyi ustalıqla təsvir
edir.
|
|
|