Hər bir millətin təkamül və yaxud inqilab
təriqilə tərəqqi və təməddününə
səbəb, o millətin başında duran, rəhbəri
olan bir və ya bir neçə tərəqqipərvər
və təcəddüdxah firqələrinin olması
tarixi bir həqiqətdir.
Haman firqələrdir ki, öz millətini müxtəlif
yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib
və böyük mərdanəlik və fəaliyyət
göstərib, qabaqlarına çıxmaq və
hər bir cürə mümaniətlər ilə
mübarizə və mücahidə etməklə
biləxərə öz məqsudlarına nail olublar.
Firəng olsun, nemes olsun, yapon olsun bu tayfalar hamısı
bugünkü tərəqqi, təməddün və
rifahi hal ilə asudə məişət keçirmələri
də haman başlarında duran və onları təriqi-səadət
və tərəqqiyə tuş edən firqeyi mücahidlərinə
borcludurlar.
Firqeyi mücahidindən məqsudumuz bir neçə
adamın, özlərini millət rəhbəri
hesab edib tərəqqi etmək adı ilə bilib-bilmədikləri
işlərə mübaşir olmaq deyildir. Bəlkə
:har kəs, milləti tərəqqi etdirəcək
bir sənət, bir əmələ öz qəlbində
bir şövq və həvəs hiss etdiyi surətdə
haman əməlin dalınca düşüb, onu
xalq arasında nəşr və təmim etmək,
onunla xalqın ya ağlını və yaxud hissiyyati-aliyəsini
nəşvü-nüma etdirməklə xalqa maddi
və yaxud mənəvi bir xidmət göstərmək
işində davam etməkdir.
İştə mütərəqqi və mütəməddin
millətlərin dərəceyi-tərəqqinin
ali payəsinə nail olub da bizlərə nisbətən
xoş gün keçirmələri öz karkün
adamları sayəsindədir.
Bu gün o millətlərin tərzi-məişəti
də bizimkindən dəfələrcə xoşraqdır.
Orada hər bir fərd mənafeyi-ümumiyyənin
nədən ibarət olduğunu və bu mənafeyi-ümumiyyə
ilə hər kəsin də mənfəəti-şəxsiyyəsi
təmin edildiyini dürüst anlayıb əsil
insana yaraşan bir tərzlə ömür sürürlər.
Orada hər bir fərd, hər kim olursa-olsun, öz-özlüyündə
öz tərzi məişətində onu təzyiq
edə biləcək və onun hüququna və
hürriyyəti-şəxsiyyəsinə xələl
yetirəcək şeylər ilə müqəyyəd
deyildir. Məgərinki bunun hürriyyəti şəxsiyyəsi
başqaların hüquqi şəxsiyyəsinə
təcavüzdən ibarət olmasın, bu isə
onlar üçün heç bir qeyd olmuyub bəlkə
özləri arzu edən şeylərdəndir. Çünki
özgənin hüququna toxunmaq, ya hüriyyəti-şəxsiyyəsinə
əl atmağın böyük bir şərr və
zərəri olduğunu hər bir fərd çox
gözəl anlayır. Xülasə onlar hamısı
birlikdə hər bir yaxşını təqdir
və hər bir yamanı təkdir və təqbih
etməyə qadirdirlər. Yaxşı ilə yamanı
da dürüst anlamaq üçün elm və sənaye
sahəsində tərəqqi etmək lazımdır.
Bu elm və sənayenin, yəni tərəqqi yolunun
xalq üzərinə, açılmasına da səbəb
başçı firqələridir.
Lakin bizlərdə hələ elə rəhbərlər
yoxdur, yox olmalarına da səbəb ümum camaatımızı
bürüyən, əhatə edən ətalət
və kəsalət ilə bərabər, rəhbərliyə
layiq olan şəxslərimizin məişətcə
dar gün keçirmələridir.
Bu halda bizim hər bir fərdimiz öz tərəqqisi
üçün bir rəhbərə möhtac olduğunu
hiss edir. Lakin bu rəhbərlər öz rəhbərlik
işlərinə ehtimal və diqqət ilə məşğul
olmaq üçün məişətcə təmin
olunmalıdırlar. Doğrudan da rəhbər olmaq
istedadını haiz olan şəxslərimizin öz
aramızda qədr və qiymətləri bilinməsə,
onlar təmini məişət üçün başqa
yerlərdə başqa tayfalar içərisində
və ya başqa bir yolda işləməyə başlayıb,
fayda verə bilməzlər.
|
Maarif işləri, yaxud şurayi-valideyn
2
|
B i r a t a — Cənabi müdiri-məktəb,
sən mənim oğluma farsı, ərəbi, türki,
nə bilim nə — nə deyirsən! Baba, oğul
mənim dəyilmi? Mənim oğluma onlar lazım
dəyil. Mənim oğluma lazım olan odur ki, bu
gün bir urusu görəndə onunla «işto-mişto»
eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim
oğlumu urusca öyrət.
O biri ata — Cənabi molla! Sən mənim oğlumu
kafir eləmək istəyirsən, amma mən razı
olmayacağam. Oğul gərək müsəlmanlığında
baqi qalsın. Təvəqqe eliyirəm, bundan sonra
mənim oğluma bulud nədir, ildırım nədir,
ulduz belə gəldi, filan... bu cürə sözləri
deməyəsən. Mənim oğluma şəriət
öyrət, şəriət. Çünki, istəyirəm
sonra oğlumu təhsilə göndərəm.
Ü ç ü n c ü — Cənabi müdərris!
Hərçəndi ola bilsin ki, sən məndən
çox oxuyubsan. Amma mən özüm də az oxumamışam.
Bu saat «Tarixi-Nadir»i su kimi içərəm. «Gülüstan»ı
sənin üçün göz yummadan oxuyaram. Firdovsidən
yüz beyt əzbər bilirəm. Ona bina heç
insaf dəyil ki: Bər danayani romuzi agahi və dəqiqə
şünasani hekməthayi ilahi... Ondan sonra:
|
Ki Rüstəm,
yəli bud dər Sistan.
Mənəş kərdəəm Rüstəme-dastan3
|
Və bir də:
|
Bənde
haman beh ke, ze təqsire xiş.
Ozr bədər gahe xoda avərəd4.
|
kimi dil bilən bir atanın oğluna bu cür sözləri
öyrədəsən. Məsələn, Qasım
atdan düşdü. Yanai yerdən tüstü
çıxar. Atam dörd put saman aldı... «həqiqət
insafdan kənar işdir.» Sən mənim oğluma
farsi öyrət, farsı.
Dördüncü — Cənabi molla, çox təvəqqe
edirəm ki mənim oğluma uruscanı öyrətmə.
Qoy müsəlmanca oxusun. Urusca oxumasına böyük
anası evdə razı olmur.
Beşinci— Ağa molla, sən ki, mənim oğluma
bəzi vaxt hesab, kitab öyrədirsən, məsələn,
bir tacir 600 pud qənd alıb, pudunu 1 manatdan satdı,
nə bilim; 89 dəfə 100 neçə olar! Sən
gəl o hesabları de ancaq oğlumun əvəzindən
onları mənim özüm axşamlar sənin
üçün çotkədə hesablayıb, səhər
uşaqdan göndərərəm, yoxsa, oğlum
uşaqdır, indidən ona o cürə hesab, kitab
öyrətsən, axırda uşaq xarab olub, dələdüz
çıxar, uşaq nədir, o cür hesab-kitab
işinə qarışdı nədir? Onunku odur
ki, dərs oxusun, dərs.
Müdir — ???!!... (bərk bir ah çəkdi.)
1. «Rəhbərlərimiz» sərlövhəli
məqalə «Həqiqət» qəzetinin 1910-cu
il 18 yanvar tarixli 13-cü nömrəsinin 1-ci səhifəsində
«Ü» təxəllüsü ilə çap edilmişdir.
2. «Maarif işləri, yaxud şurayi-valideyn»
sərlövhəli felyeton «Həqiqət» qəzetinin
1910-cu il 18 yanvar tarixli 13-cü nömrəsinin
3-cü səhifəsində «Beş» təxəllüsü
ilə dərc edilmişdir. Yazının məzmunundan
göründüyü kimi, o zaman Azərbaycan
uşaqlarını nə dildə oxutmaq, onlara
nə kimi təhsil vermək məsələsi
mürəkkəb bir məsələ idi. Bu məsələ
C. Məmmədquluzadənin «Anamın kitabı»
əsərində daha aydın, daha kəskin qoyulmuşdur.
Felyetonda adı çəkilən: «Tarixi-Nadir» Nadir
şahın həyat və fəaliyyətinə
aid tarixi əsər olub, müəllifi Mirzə
Mehdi xandır; və «Gülüstan» — İran
şairi Sədinin məşhur əsəridir.
3. Ki Rüstəm, yəli bud dər Siistan Mənəş
gəruəəm Rüstəmi dastan — dahi şair
Firdovsinin «Şahnamə» əsərindən götürülmüşdür.
Mənası belədir: Rüstəm Sistanda olmuş
bir pəhləvan idi ki, mən onu dastanlar Rüstəmi
etdim.
4. Bənde haman beh ke, ze təqsire xiş,
Ozr bedərgahe xoda avərəd—farscadır. Tərcüməsi:
Yaxşısı budur ki, bəndə olan şəxs
Allahın dərgahından üzr istəsin
|
|
|