Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın
camaatımıza heç bir mənfəət verməməsinə
və bir tez zamanda pozulub dağılmasına səbəb
odur ki, o cəmiyyətin başında duran və
işlərinə məşğul olan adamlarımız
əhl adamlar olmayıblar. Həmin üzərlərinə
götürdükləri məsuliyyəti və
vəzifəni layiqincə ifa edə bilmirlər.
Elə bilmədiklərinə səbəb müsamihə,
səhlənkarlıq və etinasızlıq deyil,
bəlkə öz vəzifələrində əhl
olmadıqlarıdır. Çox vaxt görürsən
ki, bir iş başına qoyulmuş və ya öhdəsinə
müəy-yən bir vəzifə verilmiş adam
haman işin üstündə o qədər çalışır
ki, lap «qabıq qoyur». Amma yenə də bir nəticə
hasil olmur. Axırda o qədər özünü
əziyyət və zəhmətə salır ki,
həm cismən, həm də ruhən yorulur, xəstələnir
və axırda işə yaramaz olur. Deməli, binəva
həm özünü əldən salır, bütün
gücünü itirir, həm də işin irəli
getməsinə mane olur.
Bu nədəndir?
Çünki üzərinə götürdüyü
işin əhli dəyildir. İşdən başı
çıxmır. Onun üçün də nerədə
zəhmət çəkmək, qüvvət sərf
etmək, fəaliyyət göstərmək lazım
olduğunu bilməyib, lazım olmayan yerdə nahaq
yerə o qədər zəhmət və əziyyət
çəkir ki, axırda tamamilə yorulur.
Halbuki əgər haman iş öz əhlinə
tödi olunsa, yəni işi müxtəs bilən
bir adama həvalə olunsa, əvvəla, həm
iş irəli gedər, həm də iş sahibi
heç də özünü əbəs yerə
yormaz.
Məşrutəli dövlətlərdə, yəni
o dövlətlərdə ki, bütün dövlət
idarəsindən məqsud əhaliyə olduqca artıq
mənfəət yetirib ehtiyacatını rəf
etməkdir, həmişə ona diqqət olu-nur ki,
hər işin başında əhl adam olsun. Məsələn,
nəqdiyyo və maliyyə işlərini gözəlcə
bilən bir adama maliyyə vüzəratı qoyub
da heç vaxt hərbiyyə vəzirliyi verməzlər.
Yaxud nəşri və təmin maarif işlərində
ixtisas sahibi olan bir kəsi maarif vüzəratı
qoyub da heç bir halda xariciyyə vəziri etməzlər.
Sair vəzifələrdə bu nöqteyi-nəzərdən
öz əhln adamını tapar. Ona görə
də haman dövlətlərdə millət və
dövlət getdikcə tərəqqi tapmağa
və istirahətlə yaşamağa başlar.
Amma o dövlətlərdə ki, onların tərzi-idarəsi
camaat mənafeyini gözləmək əsası
üzrə qurulmayıbdır, orada artıq əhli
adamlara o qədər diqqət yetirməzlər və
bir işə birisini təyin etdikdə onun bu işdə
əhli olduğunu, ixtisas sahibi olduğunu axtarmazlar.
Bəlkə camaata zərrəcə mənfəəti
olmayan başqa fikirləri nəzərdə tutub
hər kəsi nerəyə olsa soxarlar. Odur ki, o
cürə dövlətlərdə də camaat
həmişə miskin və zəlil bir halda olar.
Məsələn, İranın, Türkiyənin
keçmiş halları və sairə...
İştə bizlərə də vacib və lazımdır
ki, hər bir işdə öz əhli adamını
axtara və o işi ona tapşıra. İndi o adam
, öz hal və ozainə görə nə payədə
olursa-olsun, heç fərqi yoxdur. Təki öhdəsinə
verilən işin əhli olsun.
Belə mühüm bir əmrdə xatir gözləmək,
birisinin cah və rütbəsini nəzərə
almaq, birisinin xoşuna gəlmək kimi bir qəsd
ilə meydana girmək haman mühüm işə
və bütün millətə xəyanət etməkdir.
Madam ki, bir şəxs bir işi bacarmır, o işdən
heç bir xəbəri yoxdur, o halda ona haman işi
həvalə etməyin mənfəəti-ümumi
yetirmək nöqteyi-nəzərindən heç
bir məqu mənası ola bilməz. Yox, əgər
haman əziz şəxsin nə tövr olursa-olsun
bir iş başında durması və ya bir işə
təyin edilməsi lazım isə, o halda onun üçün
elə bir iş seçməlidir ki, o işi bilir,
o işin əhlidir. Zənn edirəm ki, o surətdə
həmin əziz sayılan şəxs bizim içimizdə
daha əziz və daha möhtərəm ola bilər.
Və illa bilmədiyi və bacarmadığı
işə qoyularsa, daha da o izzət və hörməti
itirər və xalq yanında məhcub olar.
Bundan başqa, madam ki, bir şiə əhli adam
seçildi və iş də ona tapşırıldı,
ondan sonra həmin əhli adamı tamam və kamal
sərbəst buraxmalıdır; heç bir halda onun
işinə qatışmamalıdır. Onun əl-ayağına
dolaşmamalıdır. Təəssüflər
olsun ki, bizlərdə — nerədə olursa-olsun elə
bədxülq adamlar var ki, bilməyə-bilməyə
özgəsinin işinə qarışmaq onun üçün
bir adətdir. Gərək nə tövr olsa, hər
yerə əl qatsın. Bu adamlar müzürrdürlər.
Ona görə əhli adamları belə müzürr
şəxslərdən qorumaq da ümdə şərtlərdəndir.
Bundan başqa, bizim boşboğaz tənqidçilərimiz
də az deyildir. Bu tənqidçilərin bəziləri
öz boşboğazlıq adətlərinə görə,
bəziləri də məhz qərəzi-şəxsi
ucundan hər yerdə və hər zamanda oturub, durub
əhli adamları tənqid etməyə başlarlar.
Əlbəttə, həqiqi və doğru tənqid
vacibdir və mənfəəti də çoxdur.
Lakin cahilanə tənqid çox zərərdir. Çünki
cahil tənqidçi heç bir şey anlamır. Yaxşı-yaman
seçə bilmir. İştə haman əhli adamları
belə tənqidçilərin şərrindən
də xilas etmək işin sürətlə irəliləməsinə
səbəb olar.
İndi hər işlərimizdə yuxarıda saydığımız
şərtlərə rəayəti-tam olunsa, həqiqət
çox mənfəət görərik. Yox əkər
olunmasa, mənfəət əvəzinə zərərə
düçar olarıq, necə ki oluruq...
İnsanların həyat və məişətində
ən böyük rol oynayan xüsusi ticarətdir.
Ticarət insanların kəsbi-rüzusi üçün
bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif,
firqə və sairə bu kimi ayrılıqlarla bir-birindən
ayrılmış olan insanlar arasında bir münasibət
və bir rabitə təşkil edir və bununla
insanları bir-birinə yaxınlaşdırır.
Bundan əlavə ticarət öz-özlüyündə
hər bir insanı tərəqqiyə sövq edən,
ağlını artıran, gözlərini açıq
edən və huşyar qılan bir vasitədir.
Ticarətin insanın ruzusü üçün bir
vasitə olması aşikardır. Odur ki, ticarətləri
tərəqqi etmiş bir dövlətin və dövlətin
təbəəsi olan camaatın sərvət və
samani, ticarəti tənəzzüldə olan dövlət
və camaatlardan qat-qat artıqdır. Zatən, ticarət
olmasa, dövlətin xəzinəsi də dolu olmaz.
Odur ki, hər bir dövlət, öz camaatının
ticarətini artırmaq üçün əlindən
gələn tədbirləri müzayiqə etmir.
Dövlətlər arasında ittifaq düşən
müharibələrin bir çoxu da ticarət üstündədir.
Bu gün Amerikanın, İngiltərənin bir o
qədər sərvət və samanə malik olmalarına
səbəb məhz ticarətlərinin tərəqqisidir.
Heç bir dostluq, aşinalıq insanları bir-birinə
o qədər mərbut edə bilməz, necə
ki, ticarət. Ticarət işində haqqə və
hesab düz olsa və rəqabət öz qaydası
hüdudundan xariç çıxmasa, insanlar arasında
heç bir münaziə və münaqişə
törəməz. Çünki mənafeyi-ümumiyyəni
xəlaldar edəcək hadisələrə heç
bir tərəf razı olmaz.
Tarix göstərdiyi üzrə ən qədim zamanlardakı
insanlar arasında hələ ticarət yox idi; o
vaxtlar ovçuluq, maldarlıq və köçərilik
ilə yaşayan insanlar arasında da heç bir rabitə
və münasibət yox idi. O vaxt insanlar bir-birinə
biganə idilər, yad idilər. Bir-birlərindən
vahimə edirdilər. Aralarında etibar və etimad
yox idi. Lakin insanlar köçərilikdən, ovçuluqdan
əl çəkib oturaq halda yaşamağa başladıqdan
sonra bunların arasında ticarət başladı
və getdikcə tərəqqi edib bu ticarət sayəsində
insanlar bir-birini gördü, tanıdı, bir-birinə
yaxınlaşdı. Aralarında etibar və etimad
törədi... və bunun sayəsində idi ki şəhərlər
tikildi, yollar açıldı və insanın hər
yerə yolu oldu.
Yuxarıda ərz olunduğu üzrə ticarət
insanın ağlını artırır, huşyar
edir. Doğrudan da ticarətə məşğul
olan adam hər yerdə öz mənafeyini güdmək,
gözləmək və artırmaq üçün
cürbəcür vasitələr, vəsiqələr
arayıb, səyahətə məcbur olur, görmədiyini
görür, bilmədiyini bilir, özündən
şeylər icad edir, qərəz hər halda fikrini
açıq saxlamağa vadar edilir.
Təəssüflər olsun ki, biz hər bir işdə
pəsmanda olduğumuz kimi, ticarət işində
də çox geridə qalmışıq. Sairləri
bütün fikir və ağıllarını öz
ticarətlərinin tərəqqisi yolunda sərf
etdiyi bir zaman, biz də başımızı puç
və mənasız xəyalət ilə doldurub,
bir-birimizin canına düşmüşük ki,
filan adam, filan yerdə belə oldu, filankəsin əqidəsi
gecdir. Filan adam papağını düz qoymur və
s. Əziz olan vaxtımızı da hamamlarda keçirmişik.
O səbəbdəndir ki, ticarətimiz tərəqqi
etməyibdir. Sairlərə möhtac olmuşuq.
Hal-hazırda da özgə tayfalardan götürülmüş
olan on nəfərin beşi tacir, üçü
sənətkar, ikisi alim olduğu halda, bizdən
götürülmüş on nəfərin üçü
tacir, biri sənətkar, yarımalim, qalanları
da müftəxorlardır. Zatən hal-hazırda
da bizim tərəqqimizə mane olanlar da həmişə
müftəxorlardır ki, puç və çürük
xiyalat ilə ticarət və sənətə məşğul
olan adamlarımızı da işdən-kücdən
fariq edib qoymurlar ki, xalq öz fikirlərini öz
işlərinin tərəqqisi yolunda sərf etsinlər.
O səbəbdəndir ki, bizim tacirlərin çoxusunda
gözüaçıqlıq yox, şövq və
həvəs yox, kəsalət, ətalət bol-bol,
rəqabət nə olduğunu və nə yol ilə
rəqbət faydalı olduğunu əsla bilməz,
buna görə də ticarəti tərəqqi etməz.
Alma satandırsa ömrü olanı alma satan qalar,
baqqaldırsa, ölənə qədər baqqal
olar, müştəri cəlb etmək vasitəsini
anlamaz, ticarəti yolunda lazım olan bilik və təcrübələrə
heç əhəmiyyət verməz. Özünün
də tövsei ticarət işində heç bir
cürəti olmaz.
1. «Hər işi öz əhlinə tapşırmalı»
sərlövhəli məqalə «Həqiqət»
qəzetinin 1910-cu il 5 yanvar tarixli 4-cü səhifəsinin
1—2-ci səhifələrində «Üzeyir» imzası
ilə dərc edilmişdir.
2. «Ticarət» sərlövhəli məqalə «Həqiqət»
qəzetinin 1910-cu il 14 yanvar tarixli 10-cu nömrəsinin
1-ci səhifəsində «Ü» təxəllüsü
ilə dərc edilmişdir. Öz xalqının
tərəqqisi üçün hər cür yol
və vasitə axtaran müəllif ticarətin inkişafını
xalqın tərəqqisi ilə əlaqələndirməyə
çalışır. Məqalə cüzi ixtisarla
verilir.