Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı.

Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir?

Bu sualı edənlər o adamlardır ki, özlərini zaman nəhrv içində cərəyan edən həvadisə tabe buraxıb, nə möclər ilə mübarizə etmək, nə də ki, sahili-səlamətə çıxmaq fikrində deyildirlər.

Cərəyani-həvadis bunları nerəyə sövq edəcəksə, etsin, heç fərqi yoxdur.

Lakin belə olmaq yaxşı deyildir. Çünki hər bir nəhrdə şiş şiş daşlar, qayalar olmaqdan başqa bir çox nəhrin də axırı dəryanın qəri-nayabıdır.

Doğrusu, biz belə sual verməliyik: köhnə ildə nə qazandıq, tazə ildə nə qazanmalıdır?

İnsan ildən-ilə böyüyür, irilənir, lakin bu böyüməklik yalnız bir bədənimizin cismani böyüməkliyi deyildir. İnsan mənən də böyüyür. Hər il insanın təcrübəsi artır, biliyi çoxalır, daireyi-nəzəri genəlir. Əvvəlcə inanmadığı bir çox şeylərə inanır, əvvəlcə inanmış olduğu bir çox şeylərdən soyuyur, bir çox qaranlıq şeylər onun üçün işıq olur, belə olmaqla bərabər, hər bir tazə il hülul etdikdə köhnə il insan üçün bir dərsi ibrət olur...

Huşiyar insan tazə ilə qədəm qoyduqda köhnə ildə başına gələn qəziyələri, kiriftar olduğu fənalıqları, o fənalıqların nədən və nerədən əmələ gəldiklərini xatirinə gətirib səy edir ki, tazə ildə özünü belə fənalıqlardan qorusun, o fənalıqların zühuruna mane olsun. Vay o adamların halına ki, köhnə ilin dərsi ibrətlərini nəzəri-etibarə almayıb fəramuş edələr! Keçən ilin dərslərini dürüst örənməmiş şagird tazə ildə cürbəcür çətinliklərə düşən kimi, bunlar da tazə ildə müxtəlif məşəqqətlərə düçar olub, belə məşəqqətlərdən xilas olmaq yolunu bilməyəcəklər və özlərini şaşırıb onsuz da ağır olan məişətlərini daha da muşkulata salacaqlar. Belə olan surətdə yaxşı dəyilmidir ki, hər bir il özümüzü tazə il üçün hazırlayaq yəni məişətimizi yüngül edəcək, özumüzü ağıllandıracaq və tərəqqi verəcək olan hər bir yaxşını inadlıq etməyib öyrənək və özümüzə zərər yetirən hər bir fənalığın dəfina çalışaq, zühuruna razı olmayaq.

Heç kəs istəməz ki, bir dəfə düçar olduğu məşəqqət, fənalıq bir də təkrar etsin. Lakin onu istəməyən şəxs haman o bollu məşəqqət və fənalığın dəfi yolunu da bilməlidir, Bilmək üçün də öyrənmək lazımdır. Öyrənmək də məlum olduğu üzrə elm və təcrübə ilə nəşvu nüma edər.

O adamlar ki, onların «günü keçibdir», yalan-doğru təcrübələr sayəsində bir nov gün keçirirlər. Lakin o insanlar ki, onların gələcəyi qabaqdadır və hal-hazırda qəy-yumlar əli altında yaşamağa məcburdurlar, onları damı elmsiz, biliksiz buraxmalıdırmı! Xeyr, onları, o balaca insanları gələcək həyat üçün hazırlamamaq insaf deyildir. Və illa gələcəkdə onların işinə hər nə fənalıq gəlsə, hər nə məşəqqət üz versə, hamısının məsuliyyəti indiki qəyyumlarının üzərinədir. Allah-taala birisinə bir evlad kəramət etdikdə, onun qəlbinə evladına qarşı bir hiss-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şiprin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətindən ruhani bir ləzzət almağa başlar. Balanın canını sevən ata, ana, onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyə meydanında qorxudan bağrı yarılmasın. Mübarizəyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın... Qərəz...

Hər bir tazə il insan üçün tazə bir meydani-mübarizə təşkil edir. Bu meydanda həyat mübarizəsi vaqe olur. İnsanlar, ilk meydana axdığı cərəyan-həvadis ilə mübarizə və müharibə eliyirlər. Vay o adamın halına ki, bu meydani-mubarizəyə əvvəl dəfə qədəm qoyduqda nə qılıncı ola, nə qalxanı.

   

 

Kərbəlayi Qədim küçə ilə gedirdi.. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və — «dala baxım» — dedikdə örtülü faytona bənzər bir araba atsız, öz-özbaşına bunun yanından ildırım kimi keçdi. Bu araba avtomobil idi.

Kərbəlayi Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi:

—Allah şeytana lənət eləsin ki, kafirlərə bu cürə əməl öyrədib. Arabanı atsız yeridən bu kafirlər axırda hər şeyi şeytan əməlinə döndərəcəklər.

Yenə bir gün Kərbəlayi Qədim küçə ilə gedirdi. Gördü ki, bir araba küçənin yarısında palçığa batıb, atlar dartıb çıxarda bilmirlər. Arabaçı isə qırmançı doluyub bu atları döyür və harası gəldi vurur. Dilsiz, ağılsız heyvanlar qırmnac altında dartınırlar ki, bir tövr arabanı çıxartsınlar. Lakin mümkün olmur. Arabaçı isə atların başına, gözünə döyür. Kərbəlayi Qədimin atlara yazığı gəlib arabaçıya dedi ki, ay zalım, axı bu heyvanlar yazıqdırlar, canları inciyir. Sən o dünyada bunların cavabını necə verəcəksən? Bunu deyib öz-özünə fikr etdi.

— Allahın altında bir gün oleydi ki, bu heyvanlar insanın zülmündən xilas olaydılar! O əsnada genə bir heybətli səs gəlib, bir avtomobil bunların yanından şıdırğı ilə keçdi...

 

 


1. «Tazə il, tazə meydan» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 3 yanvar tarixli 2-ci nömrəsinin 1-ci səhifəsində «Üzeyir» imzası ilə çap edilmişdir. Qəməri il (hicri) — 354 gün hesablanır. Şəmsi il — astranomik ildir, 365 (366) gün hesablanır. (Ba x: N i y a z i R z a y e v. Qəməri və şəmsi təqvimləri əlaqələndirmə üsulu. «Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri». 1958-ci il, XIV cild, ¹ 4).
2. «Oyan-buyan» sərlövhəli felyeton «Həqiqət» qəzetinin 1910-cu il 4 yanvar tarixli 3-cü nömrəsinin 2-ci səhifəsində «Üç» təxəllüsü ilə dərc edilmişdir.


 

 
   © Musigi Dunyasi, 2005