Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

50—60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yer-lərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.

Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişqarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsbə-həmiyyət edib getdikcə abadlaşmağa başladı. İndi bizim elmdən, sənayedən məhrum qalmış olan camaatımızı həmin bu ziqiymət yerlərə təşbih etmək cayizdir. Zira heç onsuz deyil ki, camaatımız əfradi içində bütün millətə xeyir və mənfəət yetirib xəlqi başı uca edəcək adamlarımız olmasın! O adamlar vardır. Lakin onlar hələ öz istedad və qabiliyyəti-xariquladələrini büruzə vermirlər. Çünki içərisində yaşadıqları şərait müsaid deyildir. Bütün camaatımızı bürümüş olan cəhalət hər bir şeyin, hər bir təşəbbüsün qabağını bir səddi-ahənin kimi kəsib qoymur.

Nədəndir ki, Yevropada hədsiz adamlar çıxır ki, öz ağıl, fərasət və qabiliyyətləri ilə dəyil, yalnız öz millətlərinə, bəlkə ümuminsaniyyətə həm maddi və həm mənəvi mənfəət yetirirlər. Amma bizim içimizdən elələri çıxmayır

Məgər allahtaala bizi qabiliyyətsiz, istedadsız yaradıbdır? Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait bizim dahilər üçün müsaid dəyildir. Bizdən də ümuminsaniyyət dahiləri çıxmağa yol vermirlər. Və işıq gələn yerləri bərk-bərk bağlayırlar. Doğurdan da, növicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına «min əməli şeytan» deyəndə, hankı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə duşərdi? Sair elmlərə, sənətlərə dəxi bu nöqteyi-nəzərdən baxıldığı zaman onların tərəqqisi mümkün idimi? Onları tərəqqi etdirən dahilərin zühuri qabil idimi? Hələ indiyə qədər deyil, elm, bilik sayəsində, bəlkə öz istedadi-xudadatının zorundan, gücü-bərəkətindən şairlikdə, ədiblikdə şöhrət qazanmış olan üdəba və şüəaralarımız təlin və təkfir edilməyiblərmi? İngilislər, sərvəti-təbiisindən milyonlar qazanmaqdan başqa, dünyanın ən gözəl və qiymətli bir yer guşəsi olan Hindistanı tək bir nəfər adamlarına dəyişməyə razı de-yildirlər. Bu adam kim idi? Şairi milliləri olan məşhur Şekspir idi. İngilis əhli o şairi şəhiri bütün Hindistandan əziz tuturdular.

Belə bir ağır şərait içində yaşadığımız halda bizim içimizdən ingilislərin şekspirlərinə müqabil adamlarımız olmadığı təbiidir, lakin orasını unutmamalıdır ki, bizim millətimiz üçün də indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, biz öz cəhalətimizlə o dahi-lərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başı uca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər.

İndiyə qədər, bu neçə illər ərzində içimizdə dahilik üçün doğulmuş əfradımız belə cahil mühit içində tərəqqi edə bilməyib bütöv istedadları ilə itib-batıbdırlar... Söz yoxdur ki, əgər Edisson da bizim içimizdə doğulub belə şərait üzrə yaşasaydı, o da bu gün icad etdiyi xariqüladə makınalığa şeytan əməli deyərdi. Və ola bilsin ki, bu kün biz içimizdə Edissonun ixtiraatına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsaydılar, onlar da Edisson kimi cürbəcür ixtiraatları ilə aləmi-insaniyyətə xidmətlər göstərə bilərdilər, lakin nə fayda ki, elə olmayıbdır.

Lakin indi bu iyirminci əsrdə vaxtdır ki, daha biz öz insanlığımıza diqqət yetirək. Özümüzün də sairlər kimi məharətlər göstərə biləcək insan olduğumuzu nəzərə alıb bir kərə o qara pərdəni üstümüzdən ataq. Məharət və ustaddığımızın üstünü bürüyən kəsif qabıqları yırtaq və içimizdə mövcud olan sərvət və samanın ühuruna və zühuru ilə həm özümüzə və həm bütün insaniyyətə xidmətlər göstərəcə-yinə mane olmayaq. Bəsdir ki, indiyə qədər xalqın ağıl və fərasəti ilə mənfəətbərdar olurduq. Qoy bundan sonra da xalqın bizdən istifadə etməsinə yol açılsın.

   

 

Mədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin gerəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz.

Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər.

Əgər belə cahillərin cəmiyyət içində təşkil etdikləri mümaniəti cəmiyyətin sair qəyur və bilikli əzaları bərtərəf etməyə müvəffəq olurlarsa, yenə iş bir xeyli irəli getməyə başlayır.

Lakin bədbəxtlik burasındadır ki, əgər o, ya bu cahil adamlar öz cəhalətləri üzündən qeyrilərinin bilik və iş bacarıqlarını görüb təşəkkürlər etmək və bilmədiklərini elələrindən öyrənmək əvəzinə boxl və həsəd büruzə verib, cəmiyyətin o sabiq xidmətçilərini xalq nəzərində töhmətli və üzüqara göstərmək yolunda əllərindən gələn xuliqanlıq və fitnəbazlığı müzayiqə etmirlər. Və belə karkün adamlar olmasa, cəmiyyət batacağını yəqin bilə-bilə yenə də bunları ləkələndirmək üçün bütün cəmiyyəti qurban etməyə utanmırlar.

Mən öz ömrümdə aramızda cürbəcür cəmiyyətlər görmüşəm və təəssüflər olsun ki, belə cahil vücud əzaları və cəmiyyətlərin əzasi idarəsi içində olmuşam, belə müfət-tinlərin uçundan bəzi cəmiyyətlərin tamamilə batdığını da görmüşəm! Bainhəmə belə müfəttinlərin hərəkatına diqqət yetirib onların vurduğu zərəri nəzəri-əhəmiyyətə alan başçılar olmuyubdur. Halbuki əgər hər bir cəmiyyətimizin işi belə gedərsə, axırda cəmiyyətlərimizin səmərəsini görmək çox çətin olar.

Cəmiyyət başında duran möhtərəm zəvatlara cəmiyyətin hər bir işindən millət yanında və allah yanında məsul olduqlarına görə cəmiyyətə zərər vuran və onun işlərini ləngə salan və mənafeyini xələldar edən belə vəqələrə artıq nəzər yetirmələri bədihidir ki, vacibatdandır. Çünki belə cahil və nadan müfəttin və hüsudların, xatai-fahiş olaraq, cəmiyyətə intixab edilmələrindən məqsud əsal cəmiyyətə xeyir yetirmək deyil, bəlkə öz «mən»liyini bildirmək üçün cəmiyyət içində fitnə və fəsad qovzamaqdır. Çünki bunlar alçaq fitnə ilə «sekret» tapa bilərlər.

Onsuz deyil ki, bir neçə qəyur adamlar öz bilik və təcrübələri sayəsində və ya şövq və həvəsləri bərəkətindən kəmali-sədaqət üzrə can və dil ilə cəmiyyətə xidmət edirlər. Heç bir şeyə ləyaqəti və bacarığı olmayan müfəttin və hüsudlar isə cəmiyyətin bu sabiq adamlarını əvam arasında çirkin surətdə göstərmək üçün onları haqq-nahaq tənqidə başlayıb, min cürə iftira və böhtanlar ilə onları cəmaata fəna bir surətdə göstərməyə başlayırlar. Vay olsun ki, kisrəti şüğlüdən yorulmuş olan o sadiq xidmətçilər öz işlərində cüzi bir müsalihə göstərsinlər. Müfəttinlərhaman dəm bunu əllərində dəstəvüz edib və birinin üstünə beşini artırıb onların dalınca şəbədələr qururlar. Halbuki özlərinin haman cəmiyyətə zərrə qədər xeyirləri olmayıb, külli-zərərləri olduğu məlumdur. Bunların da belə fitnələri və naşükürlükləri haman sadiq xidmətçilərin qulağına yetişdikdə, onlardan ən nadirləri belə fitnəyə etina etməyib, öz işlərində davam edirlər. Amma bir çoxları bu əhvaldan inciyib işdən soyuyurlar və axırda lap əl çəkirlər. İş də dağılır, batır və içindən bir fayda çıxmır.

İştə belə vəqələri cəmiyyətlərimiz başında duran zəvatə mətbuat vasitəsi ilə yetirmək və onların diqqətini belə güvara işlərə cəlb etmək bizim müqəddəs borcumuzdur. Yerdə qalan tədbirlər isə bütün məsuliyyəti ilə belə haman başçıların öz öhdələrindədir. Və illa sonrakı pəşimançılıq fayda verməz.

 


1. «Öz qədrimizi bilmirik» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 1 yanvar tarixli 1-ci nömrəsinin 1-ci səhifəsində «Üzeyir» imzası ilə dərc edilmişdir.
2. «Cəmiyyət başçılarının nəzər-diqqətinə» sərlövhəli məqalə «Həqiqət» qəzetinin 1910-cu il 1 yanvar tarixli 1-ci nömrəsinin 2—3-cü səhifələrində «Qaf» təxəllüsü ilə dərc edilmişdir. Yazıda irəli sürülmüş məsələnin qoyuluşundan və onun həll edilməsindən, yazının dilindən və stilindən yəqin etmək olar ki, onun müəllifi Üzeyir Hacıbəyovdur.


 

 
   © Musigi Dunyasi, 2005