Rus yazıçılarından Krılov deyir ki;
vay o gündən ki, çəkməçi şəkərçörəyi
bişirə, şəgərçörəyi bişirən
də çəkmətikə.
Bizim işlərimizin axırından heç bir
nəticə hasil olmamağının hikməti
həmin bu sözlərlə məlum olur.
Görürsən, bir cəmiyyət qurduq. Bəli,
bu cəmiyyətə bir nəfər tədbirli
və ağıllı bir sədr, yaxşı iş
görən və iş bacaran idarə lazımdır.
Kimi seçmək?
Baxırıq Görək, içimizdə kim... iş
görəndir? Tədbir sahibidir? Xeyr, kim «ağa»dır?
Tez «ağa»nın ətəyindən yapışırıq
ki, gəl cəmiyyətimizə sədr ol! «Ağa»
deyir: — Camaat, məni bağışlayın. Sözün
doğrusu, mən bu işin öhdəsindən
gələ bilmərəm.
Biz deyirik: — Xeyr. Bu nə sözdür, bu nə təvazedir.
Dünyada heç bir iş ola bilərmi ki, sən
onun öhdəsindən gələ bilməyəsən?!
Sən hər bir şeyi bacaransan, çünki sən
ağasan!
«Ağa» deyir: — Vallah mən bacaran iş deyil.
Biz deyirik: — Sən bacarmayan iş yoxdur.
«Ağa» deyir — Vallah məni bağışlayın.
Biz deyirik: — Yox, sən bizi bağışla və
millət naminə bu işi qəbul et. Yazığın
gəlsin bu yetim qalmış millətə, yazıqdır,
bikəsdir, binəvadır. «Ağa»nın ürəyi
boşalıb, işi qəbul edir.
Sonra «ağa» qalıb öz ağalığında,
işlər qalıb öz işliyində, biz də
şad oluruq ki, «ağanı» iş başına
seçdik. Yoxsa, onu seçməseydik, bizdən inciyərdi.
Günlərin bir günü bir fağır kişi
görür ki, bir nəfər «millətpərəst»
Yevropa mehmanxanalarının birində əyləşib
öz-özünə kef edir. Fağır bunun yanına
gəlir ki, bəlkə buna da bir şey versin.
Millətpərəst ağa soruşur:
Nərədən gəlirsən?
— Deyir:
— Sənin ölkəndən!
— Nə var, nə yox?
— Şükür allaha, hamı sağ və salamat
olub, ağanın ömrünə duagurdular.
A ğ a — Mənim təsis elədiyim cəmiyyəti
gördünmü?
F a ğ ı r — Bəli, gördüm. Heç onun
kimi iş görən cəmiyyət olmaz.
— Cəmiyyətin qəzetəsini gördünmü?
Bəli, gördüm. Minlərcə müştərisi
var idi.
— Cəmiyyətin məktəbini gördünmü?
— Bəli, gördüm, onun kimi müntəzəm
məktəb görməmişəm.
— Məktəbdə oxuyan uşaqları gördünmü?
Bəli, gördüm. Bülbül kimi dərs oxuyurdular.
— Millətpərəst ağa bu sözləri eşidib
kefinə məşğul oldu.
Amma fağıra bir şey vermədi. Onun əvəzində
mehmanxanaya daxil olan bir nəfər oğlan uşağına
bir dənə qızıl bəxşiş elədi.
Fağır əhvalatı belə görüb dedi:
— Hərgah sizin məktəbin uşaqları dağılmasaydılar,
bu uşağa çox oxşardılar.
Ağa təəccüblə: — Məgər məktəbimin
uşaqları dağıldı?
— Bəli.
— Nə üçün?
— Çünki məktəb bağalnandan sonra uşaqlar
daha dağıldılar.
A ğ a — Məgər mənim məktəbim bağlandı
ki, uşaqlar dağılırlar?
— Bəli!
— Nə üçün?
— Çünki məktəbə xərc olan pulları
verdilər qəzetəmizin iştiraf xərcinə
və qəzetə bağlandıqdan sonra da o pul
da batdı.
— Məgər qəzetə bağlandı?
— Bəli!
Nə üçün?
— Cəmiyyətinizin əzasından birisi danos yazmışdı,
onun üçün!
Məgər cəmiyyətimin içində danosyazan
oldumu?
— Bəli, oldu.
— Nə üçün?
— Çünki cəmiyyət bağlandıqdan sonra
o biri əzalar cəmiyyət pulunu öz aralarında
bölüşdürüb ona heç zad vermədilər.
O da danos yazdı.
— Məgər cəmiyyət də bağlandı?
— Bəli.
—Nə üçün?
— Çünki cəmiyyətin sədri qoyub qaçandan
sonra əzalar dedilər ki, bizə nə düşübdür?
«Millətpərəst ağa» bu əhvalatı eşidən
kimi əllərini göyə qaldırıb dedi:
— Allah, sənə çox şükür, qayğıdan
qurtardım!—deyib fağır kişiyə bir çox
müjdə pulu verdi.
Bir gün oturub dəftərxanada yazırdım.
Gördüm bir müsinn şəxs qapını
açıb məni işarətlə çölə
çağırdı. Mən haman saat çölə
çıxıb—nə buyurursunuz?—sualı ilə
müraciət elədim. Kişi gözlərinin
yaşını abi baran kimi axıdıb mənə
dedi:
— Başına dönüm, mənim bir oğlum
var, hansı ki, Xarkovda oxuyur. Budur üç ildir
ki, mən bir tövrlə ona pul göndərirəm.
İndi məktəbi qurtarmağına qalıbdır
iki il. Mən də olub-olanımdan çıxmışam.
İndi bir qara qəpeyim yoxdur ona göndərəm
ki, bu neçə il çəkdiyim zəhmət əbəs
yerə olmasın. Bu da mənim oğlum yazan kağazdır.
Səndən təvəqqə edirəm bu barədə
mənə kömək verəsən, yoxsa biabır
olası yerimdir.
Məi dərhal öz aldığım məvacibi,
kişinin halətini mülahizə edib gördüm
mənim donluğumdan kişiyə haray yoxdur. Haman
günü bir məclis tərtib edib öz dost-aşnala-rımdan
oraya cəlb edib, bir siyahı bina edib, insaflı
kişilərimizdən ianə yığmağa
məşğul oldum .Kimə müraciət etdimsə,
pul tələbində müzayiqə etmədi. Sonra
növbət kəldi bizim Hacı dayıya və
ümidim var idi ki, Hacı bişəkk və şübhə
10, ya 15 manat verəcəkdir. Hacı dayının
dükanına bir neçə yoldaşlar ilə
varid olduq.
— Hacı dayı, salaməleyküm.
— Ba, ələyküməssəlam, bəy dadaş!
Buyurun, buyurun, xoş gəlibsiz. A gedə çayçı,
çay gətir.
— Xeyr, Hacı dayı, çox təşəkkür
edirəm. Çay içməyəcəyəm, sizin
yanınıza bir cüzi təvəqqeyə yoldaşlarla
gəlmişəm, ümidvaram təvəqqeyimiz
qulluğunuzda məğbul olub müzayiqə etməyəcəksiniz.
— Bəs, bəs, bəydadaş, bu nə sözdür,
sən mənə qulluq buyur, mən həmişə
can və başla düzəltməyə hazıram.
— Hacı dayı, bir artıq sizə zəhmətim
yoxdur, bir şəxsin oğlu Xarkovda oxuyur, atası
onun xərcini indiyə kimi çəkibdir. Amma indi
əli aşağı düşməyə görə
və müsəlman qardaşımız olmağa
görə onun üçün bir az pul cəm etmişik
ki, o cavan puldan məəttəl olub oxumağını
yarımçıq buraxmasın. Ona görə 5
manat da siz əta ediniz, ianə cəmi təriqilə
ki, sizin adınızı siyahıya yazaq.
— Ha, ha, ha, ha... Qəribə təklifdir. Yaxşı!
Bəydadaş? Mən üç dəfə həccə
getmişəm, dördüncü dəfə həm
niyyətliyəm. Mən həcc pulumu pozub, nə
tövr Rusiyaya göndərim?
— Hacı dayı, nə vaxt allah qoysa bu dəfə
həccə təşrif aparacaqsınız?
— İnşallah, bəydadaş, gələn il.
— Yaxşı, Hacı dayı, gələn ilədək
məgər siz 5 manat qazanmayacaqsınız ki, gələn
ilki həcc pulunu pozmayıb, üstünə qoyub
gedəsiniz?
— Xeyr, əzizim. Mətləb burasındadır ki,
bu gün banka 10 min manat yola pul salasıyam ki, veksilimin
vaxtı keçməsin.
— Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim,
sabah verərsiniz.
— Xeyr, xeyr, sabah zəhmət çəkməgilən,
sabah usta Qarapetə min manat borc vəd etmişəm,
ona görə gərək verəm ki, binəvanın
pambıq pulu kəsirdir, aparsın, pambıq alsın.
— Zərər yoxdur, Hacı dayı, birisigün
gələrəm.
— Xeyr, xeyr, xeyr!.. Birisigün Hacı Qulaməli kişinnn
oğluna nömrə pulu yığılır,
ona pul göndərəcəyəm.
— Zərər yoxdur, Hacı dayı, o birisi gün
gələrəm.
— Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam,
onun pulun gərək verəm, gəlmə.
—Zərər yoxdur, Hacı dayı o birisi gün,
gələrəm. .
—Xeyr. xeyr, xeyr, xeyr, galmə
— Niyə?
— Çünki.
— Nə çünki?
— Çünki.
— Nə çünki?
— Belə!
— Nə belə?
— Çünki belə.
— Necə çünki belə?
Çünki habelə və genə habelə, mən
sözün vazehi ruscanı oxuyancı töba etmişəm
pul verməyəm, vəssalam.
— — Hacı dayı bu nə sözdür sən danışırsan,
ruscanı oxuyan müsəlmanlara sən gərək
təşəkkür edəsən ki, hal-hazırda
dəftərxanalara və qeyri-divanxanalara kedəndə
dil bilməyib mat-məəttəl qalırsınız.
— Nə vaxt mənə dil bilən lazım olsa,
mən pul ilə tutub apararam, mənə dilmanclıq
edər.
— Yaxşı, Hacı dayı, dilbilən müsəlman
qardaşlarımızin birisi də artıq olsa,
nə ziyan edər?
— Xeyr, xeyr, xeyr, xeyr! Mən, sözün doğrusu,
haman oğlana nəinki beş manat, hətta beş
qəpik də göndərə bilmərəm.
Çünki mən göndərdiyim pulla oxuyub, sonra
bir rus orəti alıb həm məni tanımayacaqdır.
Xülasə Hacı dayıdan əlimi üzüb
getdim dəftərxanaya.
Günlərin bir günü idi, gördüm mənim
Hacı dayım kürkünün qollarını
sallaya-sallaya gəlir. Gələn kimi şappadan
içəri girmək istəyəndə qapıda
duran qazax döşündən bir yumruq vurub Hacı
dayını saldı bayıra. Mən bunu qəbul
etməyib, Hacı dayını yanıma çağırıb
sordum ki, niyə gəlibdir. Hacı dayı dedi ki,
bu gecə qonşusunun dükanından bir cüt
başmaq oğurlanıbdır. Müqəssir bunun
oğlunu güman edib həbsə salıbdılar,
indi gəlibdi ki, naçalnikdən təvəqqe
etsin, oğlunu zaminə versin. Çifayda rusça
dil bilmir ki, getsin naçalnikin yanına.
— Dedim — Necə, Hacı dayı, rusca bilən gətirməyibsən?
Dedi: — Xeyr.
Dedim: — Niyə?
Dedi: — Çünki!
Dedim: — Çünki?
Dedi: — Ruscanı bilən məndən on manat istədi,
indi dilbilən qardaş əlac sənə qalıbdır,
mənə kömək elə, burada mən gəldim,
sonra Hacı dayının işini də yola verib
yola saldım və sabahı gün gördüm
bir paketdə bir dənə üçlük manat
göndərib və təvəqqe edibdir ki, haman
oğlana göndərim. Sağ olsun belə Hacı
dayı da.
1. «Oyan-buyan» sərlövhəli felyeton «Həqiqət»
qəzetinin 1909-cu il 30 dekabr tarixli 5-ci nömrəsinin
3-cü səhifəsində «İki» təxəllüsü
ilə dərc edilmişdir. Felyetonun məzmunu, dili
və stili aydın göstərir ki, onun müəllifi
Üzeyir Hacıbəyovdur.
2 «Beş manat əhvalatı» sərlövhəli
felyeton «Həqiqət» qəzetinin 1909-cu il 31 dekabr
tarixli 6-cı nömrəsinin 2—3-cü səhifələrində
«Qərib» təxəllüsü ilə dərc
olunmuşdur. Yazının mövzusu, məzmunu,
dili və quruluşu Üzeyir Hacıbəyovun jurnalistikası
üçün səciyyəvidir.