Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Məktublar


 

 

2-ci MƏKTUB  

 

  ƏZİZİM MÜSLÜM!

Məktublarını aldım, çox sağ ol! İndiyədək qanuni qüvvəyə minməyən kontrakt məsələsi məni bir qədər narahat edir; mənə elə gəlir ki, «Nicat»ın1 fırıldaqçı adamları bizi aldatmaq istəyirlər. Mən nəinki onların iki ildən sonra mənə verməli olduqları məbləğin əlimdən çıxacağından, həm də mənə layiq məvacib verməkdən bir gün imtina edəcəklərindən qorxuram; əgər bu qorxuma sən də şəriksənsə, məni qabaqcadan xəbərdar et, bir tədbir körüm, yoxsa çıxılmaz vəziyyətdə qala bilərəm.

Əgər avans almışsansa, çalış dekabr ayının məbləğindən onun hamısını deyil, bir hissəsini tutsunlar. Əzizim Müslüm! Yazırsan ki, «Nicat» 22 manat kontrakt xərci tutacaqdır.
1) Bu nə kontrakt xərcidir?
2) Bunu nə üçün məndən tuturlar?
3) Axı kontrakt notariusda təsdiq olunmamışdır, deməli, heç bir əhəmiyyəti yoxdur.

Bir sözlə, mənə çatası puldan nəzərdə tutulan bütün məbləği çıxarlarsa, özün bilirsən ki, mənə və ailəmə çox az pul qalar, halbuki mənə 150 manat lazımdır; çünki musiqi kursu2 üçün 35 manat, yemək və sairə üçün 40 manat, mənzil üçün 30 manat verməliyəm, 50 manata qədər də borcum' var, ailəyə isə heç olmazsa 80 manat vermək lazımdır.

Lakin mənə elə gəlir ki, bu, düzələn işdir: dekabrda alacağım pul 250 manat üstəkəl 100 manat avans cəmi eylər 350 manat.

Sən bu məbləğdən 100 manat ailəyə ver, 150 manat bizə göndər, 25 manat Pənaha3 ver, 25 manat özünə götür, qalan 50 manatı «Nicat»a ver.

«Nicat»ın bütün borcumu bir dəfədə tutmaq istəməsİ mənim bu fikrimi bir daha təsdiq edir ki, onlar mənə pul verilməsini dayandıracaqlar, buna görə də istəmirlər ki, onlara borcum qalsın. Axı mə'lumdur ki, «Nicat» əsərlərimdən istədiyi qədər qazanc götürmüşdür; bu il həmin əsərlərdən elə bir gəlir götürmək olmayacaqdır, deməli, mən heç bir şeyə arxalana bilməyəcəyəm. Beləliklə, «Nicat» mənim geri çəkilmə yolumu kəsərək istədiyi şərtləri qarşıma qoyacaqdır.

Bununla belə, «Nicat» adamlarının niyyəti sənə daha yaxşı mə'lumdur. Qanuni kontrakt bağlamağa nail olmaq və bununla onları kontrakta tabe etmək vacibdir. Rica edirəm, bu barədə mənə ətraflı kağız yaz, çalış ki, pulu ayın 1-ində alıb teleqrafla mənə köndərəsən; həm də xahif edirəm İsa bəyin4 yanına gedəsən və şəxsən mənim adımdan xahiş edəsən ki, sənə kömək etsin.

Musiqi məşğələlərim müvəffəqiyyətlə keçir, royal çalmaqda çətinlik çəksəm də nəzərə çarpaçaq müvəffəqiyyətlər əldə edirəm. Hələlik xudahafiz

Sənin Üzeyrin
25 noyabr 1912-ci il. Moskva.


1. «Nicat» — 1906-cı ildə Bakıda təşkil olunmuş müsəlman xeyriyyə cəmiyyəti. Cəmiyyətin nəzdində teatr tamaşalarına, artistlər toplanmasına və sairəyə rəhbərlik edən teatr bölməsi var idi.
2. Söhbət musiqi kurslarında təhsil üçün alınan puldan gedir.
3. Pənah Ələkbər oğlu Qasımov (1881—1937)—həmin illərdə Bakı altıillik şəhər məktəbinin müəllimi, Azərbaycanda maarif sahəsində görkəmli xadimlərdən biri, bəstəkarın bacanağı.
4. İsabəy Aşurbəyov — «Nicat» cəmiyyəti idarə hey'ətinin üzvü.  

 

 

 

 

 

 
   © Musigi Dunyasi, 2005