Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Məktublar


 

 

1-ci MƏKTUB  

 

  ƏZİZİM MÜSLÜM!
İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə1 müalicə olunur, mən isə piano çalmağı öyrənməyə başlamışam. Burada özümə müəllimə tapmışam, o, həftədə 3 dəfə mənimlə məşğul olur və hər gün onun royalından istifadə edirəm, bunun üçün ayda 15 manat verməliyəm.

Hələ Bakıda ikən mən və (C...) Şuşaya gedib orada tamaşa göstərmək fikrindəyik, notların bir qisminin sizin mənzilinizdə olduğunu bilirdik. Məleykə ilə sizə gedib notları götürdük; lakin Şuşa məsələsi baş tutmadı, notlar Camaldadır2. Bizimkilər Maştağa bağına köçmüşlər2. Yaz görək, Bakıya nə vaxt gedəcəksən. Moskvaya getməzdən əvvəl sənə məktub yazacağam. Məkkənin səhhəti haqqında mənə yaz4, orada necə yaşayırsınız? Biz burada o qədər də darıxmırıq. Hərdənbir ətraf kurortlara gəzməyə gedirik.

Məleykədən və məndən Badyuşa5, anana, Camula6, Makkaya və bütün tanışlara salam söylə.
Sənin Üzeyrin
3 iyul 1912-ci il Celeznovodsk
İnjenernı döngəsi, bağ ¹ 9


1. Məleykə xanım Hacıbəyova (qızlıq familiyası Terequlovadır) — bəstəkarın arvadı. 
2. Camal Paşayev — bəstəkarın bacısı oğlu.
3. Maştağa — Abşeron yarımadasında şəhər tipli qəsəbə
4. Makka — bəstəkar Müslüm Maqomayevin bacısı..
5. Badyuş — Müslüm Maqomayevin arvadı Badigülcamalın (qızlıq familiyası Terequlovadır) qısaldılmış, oxşayıcı adı.
6. Camul—bəstəkar M. Maqomayevin böyük oğlu Cəmaləddindir.

 
 

 
 
   © Musigi Dunyasi, 2005