Azərbaycan xalqının zənhin və geniş
musiqi incəsənəti qədim bir tarixə malikdir.
Xalq əsrlər boyu incəsənətin gözəl
ənənələrini yaratmış və yaşatmışdır.
Azərbaycanlılar lap qədim vaxtlardan musiqiyə
qabil bir xalq kimi böyük şöhrət qazanmışlar.
Hələ qədimdə Azərbaycan şairlərinin
lirik şerləri, Azərbaycan müğənnilərinin
füsunkar mahnıları, Azərbaycan ifaçılarının
yüksək sənətkarlığı Xəzərin
qumlu sahillərindən Qara dənizin sahil qayalarınadək,
Türkistanın qızmar səhralarından başıqarlı
Elbrus və Ararat dağlarınadək geniş yayılmışdı.
Xalq mahnıları və rəqsləri kimi, Azərbaycan
şairlərinin poema və qəzəlləri də
daim incə və səlis bir ahəngdarlıqla
səslənmişdir. Poöziya ilə musiqi, musiqi
ilə poeziya həmişə bir-birinə bağlı
olmuşdur. Bunlar bir vəhdət təşkil edərək
Azərbaycan xalqının qanına işləmiş,
onun məişətinə, əmək və istirahətinə
daxil olmuşdur.
Lakin Azərbaycan xalqı öz incəsənətinin, o cümlədən musiqi sənətinin əsil tərəqqisinə yalnız Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra nail olmuşdur. Sovet hakimiyyəti illərində Azərbaycan musiqi mədəniyyəti o qədər inkişaf etmişdir ki, çoxmillətli sovet dövlətinin musiqi mədəniyyətində görkəmli yerlərdən birini tutmuşdur.
Böyük Oktyabr soskalist inqilabı Azərbarşn xalqına azadlıq, səadət və şən həyat kətirdi. Bu həyatda sosializm quruculuğunun, elm, mədəniyyət və inçəsənətin bütün sahələrində çoxlu xalq istedadları meydana gəlib parladı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu gündən keçən müddət Azərbaycan milli musiqi mədəniyyətinin ən coşğun tərəqqisi dövrüdür.
Bu gün biz bolşeviklər partiyası və sovet dövlətinin gündəlik qayğısı sayəsində Azərbaycan musiqi mədəniyyətinin inkişafı sahəsində çox böyük müvəffəqiyyətlərə nail olmuşuq. Azərbaycan Sovet hökuməti özünün ilk dekretlərindən birində ictimai-mədəni ocaqları və tamaşa ocaqlarını milliləşdirmişdir. Bakının bütün teatrları 1920-ci ilin iyulundan xalqın mülkiyyəti elan edilmişdir. Bütün teatrlar maddi baza ilə təmin olunmuşdur. M. Əzizbəyov adına indiki Azərbaycan Dövlət Dram Teatrının yanğın nəticəsində uçmuş binasının bərpası və dekorasiya, butaforiya və rekvizit əldə edilməsi üçün respublikanın bütün tamaşa müəssisələrinə böyük vəsait ayrılmışdır.
Bununla yanaşı, geniş kütlə arasında doğma musiqimizin təbliği sahəsində böyük yaradıcılıq işi aparılmağa başlanmışdır. Bu illərdə Azərbaycan xalqının tarixin-də ilk dəfə olaraq, milli musiqi və səhnə sahəsində ixtisaslı kadrlar hazırlanmasında böyük fəaliyyətə başlayan Azərbaycan Dövlət Konservatoriyası başda olmaqla, musiqi məktəbləri açılmışdır. Fəhlə sarayları və klublarında mahnı və rəqs ansamblı, xalq çalğı alətləri orkestri yaradılmışdır. Elə həmin illərdə xalq melodiyalarının toplanması, nota salınması və işlənməsi işinə başlanmışdır.
Beləliklə, milli kadrlar hazırlamaq, milli səhnənin yaradıcı kollektivini təşkil etmək sahəsində yorulmadan iş aparılmışdır; bu iş bir məqsəd — doğma Azərbaycan musiqisini daha da inkişaf etdirmək məqsədi daşımışdır.
Müdrik Lenin milli siyasəti sayəsində hazırda Bakı şəhərində və respublikanın bir çox rayon mərkəzlərində ibtidai və orta musiqi məktəbləri, teatr və xoreoqrafiya studiyaları, Bakı və Kirovabad şəhərlərində filarmoniya, xalq çalğı alətləri ansamblı, sazçı qızlar ansamblı, mahnı və rəqs ansamblı, Dövlət çoxsəsli xor kapellası, Dövlət simfonik orkestri və s. fəaliyyət göstərir.
Sovet hakimiyyəti illərində musiqi sənəti sahəsində Azərbaycanın öz yaradıcı və ifaçı kadrları da yetişmişdir. İndi bizim Sovet hakimiyyəti illərində böyümüş, konservatoriyanı bitirmiş çoxlu istedadlı gənc opera aktyoru və aktrisalarımız, dirijorlarımız, bəstəkarlarımız və orkestrdə çalan musiqiçilərimiz vardır.
Yaradıcı qüvvələr inkişaf etdikcə böyük və kiçik formalı yeni musiqi əsərləri yaratmaq vəzifəsini də həyata keçirmək mümkün olmuşdur. Məftunedici ahəngdarlığa və melodiyaya malik el mahnılarını və oyun havalarını öyrənən, əsil xalq yaradıcılığından ayrılmayan və bununla yanaşı, qabaqcıl yazı texnikasını mənimsəyən Sovet Azərbaycanının bəstəkarları böyük Vətənimizin musiqi ictimaiyyətinin diqqətini cəlb edən əsərlər yaratmağa başlamışlar.
1938-ci ildə Vətənimizin paytaxtı Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası bunu parlaq nümayiş etdirdi. Dekada Azərbaycan inçəsənətinin yaradıcı işçiləri üçün ilk ciddi imtahan oldu. Azərbaycan milli opera sənəti, Azərbaycan bəstəkarları, aktyor və aktrisaları, incəsənət işçiləri bütün sovet ictimaiyyəti qarşısında, sovet hökuməti qarşısında, doğma Kommunist partiyası qarşısında hesabat verdilər. Onlar bu imtahandan böyük müvəffəqiyyətlə çıxdılar. Dekada günlərində «Pravda» qəzeti yazmışdı: «M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının verdiyi dörd tamaşa, aprelin 15-də SSRİ Böyük Teatrında olan son böyük konsert Azər-baycan inçəsənətinin nə qədər böyük yaradıçılıq yüksəlişinə nail olduğunu göstərdi. Bizi ürəkdən heyran edən «Koroğlu», «Nərgiz», «Şahsənəm» operaları, «Arşın mal alan» musiqi komediyası Azərbaycan musiqi mədəniyyətinin və səhnə ustalarının səviyyəsinin nə qədər yüksək olduğunu, yaradıçılığının nə qədər zəngin və rənkarənk olduğunu göstərdi»,
Dekada göstərdi ki, Sovet hakimiyyəti illərində Azərbaycan musiqisi hər hansı bir başqa ictimai quruluşda qeyri-mümkün olan bir yol keçmişdir.
Azərbaycan milli musiqisinin böyük müvəffəqiyyətləri yalnız çoxmillətli Sovet dövlətimizin bütün xalqlarının milli mədəniyyətinə və milli incəsənətinin tərəqqisinə Sovet hökumətinin və Kommunist partiyamızın daim fikir verməsi ilə izah olunmalıdır.
Azərbaycanın milli mədəniyyəti və incəsənətinin inkişafına hər il getdikcə daha artıq vəsait buraxılır. Milli mədəniyyəti, milli incəsənəti daha da inkişaf etdirmək, yeni gənc milli kadrlar hazırlayıb yetişdirmək üçün respublikada hər cür əlverişli şərait yaradılmışdır. Sovet ziyalılarının qabaqcıl dəstəsi, o cümlədən incəsənət işçiləri Sovet İttifaqının orden və medalları ilə təltif edilir. Hökumət və partiya bu ziyalıların ən ğörkəmli nümayəndələrinə böyük etimad göstərərək, onları respublikanın ali qanunvericilik orqanına irəli çəkir, dövlətin idarə olunması işinə cəlb edir.
Azərbaycanın milli incəsənət sahəsində
çalışan işçiləri Moskva dekadasından
sonra böyük rus xalqı incəsənətinin
nümayəndələri ilə sıx birləşərək
musiqimizin gələcək inkişafı naminə
daha böyük qətiyyətlə işləməyə
başlamışlar. Azərbaycan musiqi mədəniyyətinin
inkişafına bir tərəfdən, böyük
rus xalqının musiqi mədəniyyətinin, digər
tərəfdən isə Sovet İttifaqında yaşayan
qardaş xalqların mədəni nailiyyətləri
mübadiləsinin müsbət təsirini xüsusilə
qeyd etmək lazımdır; bu amillər Azərbaycan
musiqisinin, Azərbaycan səhnəsinin daha artıq
tərəqqisi işində böyük rol oynamış
və oynayır.
Müharibədən əvvəlki illərdə, habelə Böyük Vətən müharibəsi dövründə Azərbaycan opera teatrının repertuarı yeni musiqi əsərləri ilə zənginləşmişdir, bunlardan «Vətən», «Xosrov və Şirin» operalarını, xalq melosu əsasında yazılmış «Qız qalası» ilk milli baletini və başqa əsərləri göstərmək lazımdır.
Dövlət mükafatına layiq görülmüş «Vətən» operası ! Sovet İttifaqında Böyük Vətən müharibəsi mövzusuna toxunan ilk operadır. Əsərdə Vətən müharibəsinin qəhrəmanlıq pafosu parlaq əks etdirilmiş və böyük rus xalqı, SSRİ-nin digər xalqları ilə ələlə verib sosialist Vətənimİzin şərəf və azadlığını qoruyan Azərbaycan döyüş-çülərinin rəşadət və igidliyi göstərilmişdir.
Faşist Almaniyasının Sovet İttifaqına xaincəsinə basqını və sovet xalqının öz Vətənini qəhrəmancasına qoruması incəsənət işçiləri qarşısına yeni vəzifələr qoymuşdur. Böyük Vətən müharibəsinin qəhrəmanlıq pafosu onların yaradıcılığında ön plana keçmişdir. Müharibənin ilk dövründə Azərbaycan bəstəkarları müdafiə mövzusunda 400-dən artıq kütləvi mahnı, marş və xor mahnısı bəstələmişlər.
Beləliklə, Sovet Azərbaycanının musiqisi Böyük Vətən müharibəsinin ilk günlərindən sovet xalqını Vətənin müdafiəsinə səfərbərliyə alan qüdrətli vasitəyə çevrilmişdir. Azərbaycan musiqisi vətənpərvərlik hissi ilə dolu yeni əsərlərlə zənginləşmişdir. Bütün respublikanı əhatə edən yüksək vətənpərvərlik hissi Azərbaycan bəstəkarlarının yaradıcılığında da öz ifadəsini tapmışdır. Vətənə sədaqətlə xidmət, çəbhədə şanlı sovet döyüşçülərinin, arxada fəhlə və kolxozçuların misilsiz qəhrəmanlığı faşist Almaniyası ilə müharibə illərində Azərbaycan bəstəkarlarının yaratdığı vokal və instrumental əsərlərin əsas mövzusu olmuşdur.
Sovet Azərbaycanının bəstəkarları müharibə illərində kiçik həcmli musiqi əsərləri ilə yanaşı böyük formalı musiqi əsərləri üzərində də işləmişlər. Buraya hər şeydən əvvəl müasir mövzuda yazılmış musiqili komediyalar, simfoniyalar, prelüdlər, kvartetlər və s. daxildir. Bunun nəticəsidir ki, Ç. Məmmədquluzadə adına Dövlət Musiqili Komediya Teatrının repertuarı son vaxtlar gənc Azərbaycan bəstəkarlarının bir sıra gözəl əsərləri — «Qızıl gül», «Ürək çalanlar», «Gözün aydın», «Məhəbbət gülü», «Durna» kimi əsərlərlə zənginləşmişdir. həmin musiqili komediyalardan bəzisi, məsələn, Vətən müharibəsi mövzusunda yazılmış «Gözün aydın», kolxoz həyatına həsr olunmuş «Durna» komediyaları öz dinamikliyi, orijinal musiqisi və maraqlı süjeti ilə az müddət içərisində geniş şöhrət qazanmışdır.
Azərbaycan bəstəkarlarının yaradıcılıq nailiyyətləri 1944-cü il dekabrın sonunda Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının sovet musiqisi dekadası günlərində nümayiş etdirilmişdir.
Həmin dekada da Sovet İttifaqının görkəmli
musiqi xadimləri və qardaş respublikaların
geniş ictimaiyyəti Azərbaycan musiqisinə yüksək
qiymət vermişlər. Yeni sovet musiqi məktəbinin
yetişdirmələri olan gənc Azərbaycan bəstəkarları
dekadada öz yaradıcı qüvvələrinin
xeyli artdığını göstərmişlər.
Dekadadan sonra keçirilən yaradıcılıq
konfransında görkəmli incəsənət
xadimləri bildirmişlər ki, Azərbaycan bəstəkarları
simfoniya formasına mükəmməl yiyələnərək
bədii cəhətdən xeyli inkişaf etmiş
və Sovet Azərbaycanı simfonik musiqisinin möhkəm
təməlini qoymuşlar. Tbilisi dekadasından sonra
Sovet Azərbaycanının bəstəkarları
simli kvartetlər, simfoniyalar, poemalar, prelüdlər,
fortepiano və simfonik orkestr üçün konsertlər,
skripka üçün konsertlər, uşaq xoru üçün
mahnılar və fortepiano pyesləri, romanslar və
sairə yaratmaq yoluna möhkəm qədəm qoymuşlar.
Böyük Azərbaycan şairi Nizami Gənçəvinin 800 illiyi yubileyinə hazırlıqla əlaqədar olaraq meydana gələn musiqili qəzəllər forması xüsusilə geniş yayılmışdır.
Hazırda aktual və həyati mövzulara həsr
olunan istər böyük, istərsə də kiçik
formalı bütün musiqi əsərlərindən
yüksək ideyalılıq və bədiilik tələb
edilir. Musiqi vasitəsi ilə zəmanəmizin qəhrəmanının
böyük obrazını yaratmaq, sovet vətəndaşının,
sovet patriotunun zənkin daxili aləmini, iradə
gücünü və mənəvi keyfiyyətlərini
əks etdirmək vəzifəsi ən mühüm,
ən başlıca vəzifədir.
Hazırda gənc Azərbaycan bəstəkarları sosializm quruculuğuna həsr olunmuş müasir mövzular üzərində böyük səylə çalışırlar. Sovet Azərbaycanının bəstəkarları ideya silahı ilə silahlanaraq böyük zəmanəmizə layiq yüksək keyfiyyətli musiqi əsərləri yaradırlar.
Son zamanlar respublikada yaradılmış musiqi əsərlərn arasında Böyük Oktyabr sosialist inqilabının XXX illiyinə, qəhrəman sovet xalqının tarixi qələbələrinə həsr olunmuş əsərlər diqqəti daha çox cəlb edir.
1. Məqalə «Azərbaycan SSR EA Xəbərləri»nin 1947-ci il 10-cu nömrəsində dərc olunmuşdur. Rus dilindən tərcümədir.