Hər bir incəsənət xadimindən, o cümlədən
birinçi növbədə bəstəkarlardan sosializm
quruluşuna müvafiq yaradıcılıq tələb
olunur. Azərbaycan Dövlət Konservatoriyasında
gecə-gündüz çalışacağıma
baxmayaraq, mən yaradıcılığa xüsusi
diqqət vermişəm.
Hal-hazırda «Koroğlu» operasını yazmaqdayam.
Operanın mətni şair Məmməd Səid
Ordubadi tərəfindən tərtib edilmişdir.
Məncə, «Koroğlu» yeni üsulla yazılmış
birincsi türk inqilabi operası olaçaqdır.
Bu operaya aid təfsilat mətbuat vasitəsilə
öz vaxtında veriləçəkdir. Operanı
üzümüzə gələn teatr mövsümü
üçün hazır etməyimə var qüvvəmlə
çalışıram. Dövlət opera teatrı
müdiriyyətinin yardımı ilə əsərin
həmin mövsümün ortalarında tamaşaya
qoyulacağı ümidindəyəm.
İllərlə üzərində çalışdığım
işlərdən ikincisi tarın pərdələrinin
düzəldilməsi məsələsidir. İndiyə
qədər tar pərdələrinin müəyyən
və elmi əsaslar üzrə qurulmuş yerləri
yoxdur. Hər tar çalan öz tarının pərdələrini
öz qulağının bələdinə görə
düzəldir; ona görə də tarın tonları
bir-birini tutmur. Bu isə tar çalğısı
təhsilinə qarşı maniətlər törədir,
yüksək texnikanı mənimsəməyi çətinləşdirir.
Burada öz qarşıma qoyduğum vəzifə
tarın pərdələrindən çıxan hər
bir səsin «akustika» elmi üzrə ölçüsünü
təyin edib, müəyyən və həqiqi bir
miqyas təyin etməkdən ibarətdir. Bu barədə
mən konservatoriyada bir neçə dəfə məruzə
etmişəm.
«Azərbaycan türk xalq musiqisi əsasları» adında
yazmaqda və üzərində işləməkdə
olduğum əsər ən mühüm məsələlərdən
biridir. Bu əsər üzərində mən 10
ildən artıqdır ki, işləyirəm. Bu
müddət içərisində həmin əsərimi
əməlli tərcümə və sınanma nəticəsində
bir neçə dəfə dəyişib yeniləşdirmiş
və bir çox yerlərini təshih etmişəm,
Əsər özü nisbətən kiçik bir
şey olsa da, mündərəcəsində bəhs
edilən məsələlər ümumi musiqi xadimləri
üçün əhəmiyyətlidir və «Şərq
musiqisi problemləri»ndən hesab edildiyinə görə
elmi və əməli əsaslara müvafiq gəlməsini
tələb edir.
Bu əsər türk və rus dillərində nəşr
ediləcəkdir.
«Koroğlu» operasını bitirdikdən sonra vaxtımı
«Konsert» və «Kamera» deyilən musiqi əsərləri
yazmağa sərf edəcəyəm. Bu növ musiqi
bizdə yox dərəcəsindədir və ona
görə Azərbaycan bəstəkarları bu
yolda ciddi çalışmalıdırlar. 8 ildən
bəri Müdafiə Evində2
konsertlər verən simfonik orkestrdən istifadə
etmək üçün meydana qiymətli «partitura»
çıxarılmalıdır. Yaxın bir zamanda
buna müvəffəq olacağıma heç də
şübhə etmirəm.
1. Məqalə «Kommunist» qəzetinin 1934-cü
il 4 iyul tarixli nömrəsində çap olunmuşdur.
2.İndiki M. Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası o zaman Müdafiə evi adlanırdı.