«Şah Sənəm» operasını iki dəfə dinləyərək bu qərara gəldim ki, orkestrovka, harmonik forma kimi musiqi isimlərində zəngin bir texnikaya malik olan ustad kompozitor R. M. Qlierdən layiqincə istifadə edilməmişdir.
«Şah Sənəm» operasının məzmunu və işlədilmiş havaları nə qədər köhnə olmuş olsa da və nə qədər Qlier bu operanı müqəyyəd şərtlər altında yazmış olsa da, opera məşhur bir musiqi ustadının əsəri olmaq üzrə bu sahədə irəli atılan birinci addımdır.
Bu operanı tamaşaya qoymaq yolunda tam bir entuziazmla çalışan və bir çox çətinliklərdən sonra bu hüsn məqsədə yetişmiş olan opera teatrı hər bir cəhətdən təhsil edilməyə layiqdir, belə ki: 1, Türk aktyorlarının artistlik təcrübəsi ciddi bir əsər üzərində işləndi və texnikaları artdı; 2. Teatrda internasional tərbiyə dedikcə qüvvətləndi; 3. «Rus və türk sektorları» adı ilə mövcud olan ayrılıq aradan götürülməyə yaxınlaşdı; 4. Geniş türk kütləsi yeni formalı opera tamaşasına öyrənməyə başladı.
Bu gün musiqi cəbhəsi qarşısında
formaca milli və məzmunça sosialist musiqi əsərləri
yaratmaq məsələsi durur. Zatən, musiqi dil
kimi bir şeydir. Kütlənin öz dilində
yeni və inqilabi şerlər yazmaq mümkün
olan kimi, onun musiqi dilində dəxi yeni və inqilabi
musiqi əsərləri yazmaq mümkündür,
bunun üçün musiqi dilinin qanun və qaydalarını
mükəmməl surətdə bilmək lazımdır.
Azərbaycan türk milli musiqisinin əsaslarını
öyrənib, onun üzərində yeni musiqi yaratmaq
üçün mütləq türk olmaq heç
də şərt deyildir. Ümid edilməlidir ki,
hörmətli Qlier Azərbaycan sosialist musiqi quruluşu
işində daha artıq həvəs və müvəffəqiyyətlə
işləməsinə davam edib gələcəkdə
daha çox mənfəət verəcəkdir.
1. Bu kiçik məqalə bəstəkar R. M. Qlierin
«Şah Sənəm» operasının ilk tamaşası
münasibəti ilə yazılmış və
«Kommunist» qəzetinin 1934-cü il 15 may tarixli nömrəsində
çap olunmuşdur. (inv. ¹ 535).