Fəxri
xiyabanın ziyarətinə
Bu dəfə tək səni deyib gəlmişəm.
Bu sükut evinin, qəm mənzilinin
Həsrət qapısını döyüb
gəlmişəm.
Gecəli-gündüzlü əlim qəfəmdə,
Ayların, illərin sözü sinəmdə.
Heç yerdə, heç kəsə əyilməsəm
də
Önündə başını əyib
gəlmişəm.
Şirin yuxuda da yaşayır insan;
Bu gecə Vurğunla görüşən
zaman
Dedı:- Üzeyirdən nə yaratmısan?
Ustaddan bir sillə yeyib gəlmışəm.
Neçə qış, neçə yay düşdü
araya,
Çox payız ayrılıb, çox bahar
köçüb
Hə qədər insanlar gəlıb dünyaya,
Dünyadan nə qədər insanlar köçüb,
Küçələr yerində təzə
küçələr,
Vətəndə yüz yeni büsat qurulub.
Dəyişib gördüyün o kənd,
o şəhər,
Doğma Bakımız da tanınmaz olub.
Müjdələr yetirir açılan səhər,
Bu gündən sabahın əlini sıxdıq
Eşitsən fəhərdən gözlərin
gülər -
Biz necə kosmosun seyrinə çıxdıq
Nəsillər birləşib verdi səs-səsə,
Fikir günəş nurlu, şimşək
qanadlı.
Ulduzlar elinə birgə nəfəslə
Bir qartal şığıdı Qaqarin
adı;
Nələr yaratmadı elmin qüdrəti,
Zirvələr zəfərdən çələng
çələngdir,
Yazıb yaratmağa bu həqiqəti
Tövşümək bilməyən ürək
gərəkdir.
Xəyalın yenə də zirvələr
aşar
Üfüqlər qızıldan paltar geyəndə.
"Azərbaycan" himni bizimlə yaşar,
"Sənsiz"i anmışıq sənsizliyində.
Dastanlar könlündə coşub çağladı,
Sevənlər dil açdı dodaqlarında.
Məcnun inildədi,
Leyli ağladı İncə tellərində,
barmaqlarında.
Ölkədən ölkəyə uzanıb
gedir,
Düz eşqin, düz işin, düz
yolun sənin.
Qalalar fəth edir, qəlblər fəth
edir
Qılınclı, qalxanlı Koroğlun
sənin.
Hüseyn Arif.
|