Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

 Poeziya


 


ŞÖHRƏT TACI 
 

ÜZEYİRİN GÖZÜ YOLDADIR    

 

Mənsur şe'r
Üzeyir bəydi, özüdü ki var.
Əlləri qoynunda, gözləri yol çəkir...
Dünya ağırlıqda kədər çöküb üz-gözünə.
Onu belə kədərli heç görməmişdim.
Salam verdim.
Başını qaldırıb baxdı,
indi də gözümdə Füzuli oldu.
Dünyanın dərdini,
kədərini çiyinlərinə almış Füzuli.
Salamımı aldı, dedi:. -
Şuşaya gedəcəyəm,
haramilər yolları tutublar.
Şuşa tapdağ altına düşüb.
Oğlumu gözləyirəm, sonbeşiyimi...
Gəlib yolları açsın, həramiləri qovsun.., -
Bilirmi burdasız? - Bülbül getdi dalısınca...
Gələcək...
Indi Üzeyir bəydi yenə mənimlə danışan
Haçandan-haçana səsini eşitdim yenə: -
Gecikir balam, yaman gecikir...
Bu səs dağlarda əks-səda verir: -
Gecikir... yaman gecikir!..
Dağlar lərzəyə gəlir bu səsdən...
Lərzəyə! Səsə yuxudan ayıldım.
Sehər təzəcə açılırdi.
Ayağa qalxıb pəncərəyə yaxınlaşdım.
Təzəcə doğan günəşin zərrin telləri
yenicə açılan səhəri öz rənginə boyayırdı.
Dilimə ilkin bu sözlər gəldi: -
Şuşa dardadır,
Üzeyirin gözü yoldadır,
gəl "Koroğlu" gəl!
Əsrimizin Koroğlusu gəl!

Qülhüseyn Hüseynoğlu.  

 

 
   © Musigi Dunyasi, 2005