Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

SƏKKİZ ƏSR SONRA     

 

Səkkiz əsr sonra
Musiqimizin Nizamisi doğuldu.
Amma doğma dili,
Doğma səsi oldu.
Şirin ləhcəsi,
Doğma nəfəsi,
Əziz nəğməsi oldu.
Nənəmin zümzüməsi səhnəyə gəldi.
Musiqinin dili
Nə qədər aydındı, nə qədər gözəldı.
Leyli də, Məcnun da
Dönüb oldu bizım kənddən,
Sevgililəri də oldu
Elə bizim məhəbbətdən,
Səhnədəkilər də, tamaşaçılar da
Kövrəlirdi eyni dərddən.
Dahi bəstəkar
Gördü ki, zaman kardır, kar,
Yığdi bir yerə .
Pulu güclü Məşədi İbadı,
Qolu güclü Qoçu Əsgəri,
Qələmi güclü Rza bəyi,
Hambalı, hampanı,
Uzunu, gödəyi,
Xor oxutdurdu hamını
Arşınmalçı ölkə-ölkə gəzdirdi
Üzeyir bəyin ilhamını.
Yüz il keçib sən gələn gündən,
Elə bil bunlar hamısı
Dünən olub, dünən.
Məşədi Ibad saqqalını qırxdırıb,
Amma özü qocalmayıb.
Məcnun yenə o atəşlə sevir,
Amma səhra qalmayıb.
Gülçöhrə Əsgər bəyi götürüb qaçıb,
Hambal turist putyovkasi iIə
Xaricə uçub.
Yazanlar hamısı səndən yazır bu gün,
Üzeyirbəy. Ölkəmiz qollarını açıb,
Bağrına səni basır bu gün Üzeyirbəy.

Fikrət Qoca.

 
   © Musigi Dunyasi, 2005