Üzeyir
Hacıbəyovun ev-muzeyindəki
royalın önündə düşüncələr.
Üşüyür.., Sahibsiz qalıb
bu royal,
İnnabı məxmərə bürünüb
bərk-bərk.
Möhtəşəm sükuta dalıb
bu royal,
Şirmayı dilləri dillənməyəcək...
Dayan! İndi-indi xatırlayıram:
O zaman on yaşım olmazdı hələ,
Keçib bu küçədən mən
səhər-axşam,
Gedərdim yaxın bir qohumungilə,
Bakı...Ketsxoveli küçəsi.
Bu mülk Bu mülkü sehirli orqan sanardım.
Uşaq aləminin marağı boyük,
Orqan çalınardı, mən dayanardım
Bu bir mərtəbəli balaca mülkün
Sanırdım səslənir daş-divarı
da.
Qapı-pəncərələr çalınır
bütün,
Gözə görünməzdir çalanları
da.
Evlər cərgəsində sadə bir
bina,
Bir böyük Üzeyir, bir adi royal.
Koroğlu gəlirmiş demə, meydana;
Saz, qılınc, kişnərti, od qoparan
nal...
Bu evin yanından keçəndə hər
gün
Sehrli musiqi məni alırdı
Sən demə, içində bu xırda
mülkün
Koroğlu zalımdan qisas alırdı.
..
.Bu evin yanından keçəndə səhər,
Şirmayı dillərdən nur tökülürdü.
Sən demə döyüşə gedır
dəlilər,
Uzaq Çənlibeldə dan sökülürdü.
..Bu evin yanından keçəndə gündüz,
Royal bəstələrdi cəngi dastanı...
Qırata yol verər dərə, təpə,
düz,
Misri doğrayardı paşanı, xanı.
...
Bu evin yanından keçəndə axşam,
Royal danışardı saz səsləriylə.
Qönçələr açardı sevgi,
arzu-kam,
Rövşənin, Nigarın nəfəsləriylə.
...
Bu evin yanından keçəndə gecə,
Royal zülmətləri yarar-yarardı.
El gücü-sel gücü görünüz
necə -
Qanlı buxovları qırar, qırardı.
Bu evin yanından ötdükcə illər,
Royal şahinləşər, qartallaşardı.
Onun qanadında bu şanlı əsər,
Ölkələr, dənizlər, dağlar
aşardı.
İnnabı məxmərə bürünüb
royal,
Qırmızı yapıncı geyir Koroğlu.
Xalqın taleyinə gülür istiqbal,
- Haydı, dəlilərim!- deyir Koroğlu.
Köhnə bir küçədə kiçik
bir bina...
Dəyib-toxunulmaz bülbül yuvası,
Burda "Koroğlu"nu verdi cahana
Böyük Üzeyirin böyük dühası.
Qabil.
|