Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

 Poeziya


 


ŞÖHRƏT TACI 
 

NƏĞMƏLƏR DOĞULANDA.    

 

Nə "Koroglu" vardı,
Nə "Arşın mal alan",
ahəngə düzülmüş.
Quşların nəğməsi,
bulaqların səsi vardı.
Bir qara gözlü uşaq,
söykənib qaya daşına,
dinləyirdi tütək
səsini və ara-sıra
gələn qırıq kəlmələri
tək-tək: ...kərə tayın gördüm,
...kürə tayın görmək gərək.
Bir kəsmə şikəstə, yandım,-
deyib enirdi yamaclara.
Üzeyir adlı
Bir qara gözlü uşaq
Heyran-heyran baxırdı
quşnəğməli ağaclara
Beşik başından axırdı
ana laylaları axşam - səhər.
Bir qara gözlü uşaq dinləyirdi
dodağında körpə zümzümələr.
Hələ nə "Koroğlu" vardı,
nə "Arşın mal alan".
Bir qara gözlü uşaq vardı.
Bir könlü nəğməli insan
Bir gün gəldi
"Arşın mal alan"da var oldu,
"Koroğlu"da, "Sənsiz"də.
Bir də acı bir duyğu,
yanıqlı bir həsrət qəlbimizdə.

Rəsul Rza

 

 
   © Musigi Dunyasi, 2005