Çal,
çal! Bu nəğmələr mənə
tanışdır
Tanışdır işləyən bu
rübab mənə
Bir elin dərdini dindir, danışdır
Versə də hər xalı iztirab mənə.
Çal! Çal! Bu torpağın nəğməsidir
o,
Yaranıb bu yerin öz mayasından.
Qaynar bulaqların nəfəsidir o,
Yaranıb dumanlı dağ havasından.
Doğma anamızın laylası qədər
Hər xal, hər zəngulə mənə
əzizdir.
Bir ağı, gəraylı havası qədər
Xoşdur, müqəddəsdir, safdır,
təmizdir.
Onu dinləyirik düz 50 ildir,
Qoy fəsillər keçsin,- dinlərik
yenə
Ürək bu ne'mətdən doyan deyildir
Keçsə də 100 əsr, 100 min qərinə
Uzun illər boyu o çalınanda
Qalxıb radionu buran olmayıb.
Üzeyir məclisindən hələ bir
an da
Yoruldum deyərək duran olmayıb.
Çal! Vətənsiz deyil mənim musiqim,
Onun öz ləhcəsi, öz ahəngi
var.
Söyləyin kim ona bəsid deyir, kim?
Hər pərdə üstündə neçə
rəngi var!
Azərbaycan dilim, Muğan çörəyim,
Şirin Kür suyum tək müqəddəsdir
o.
Çal! Vətənsız deyil mənim
musiqim,
Bu elin qəlbindən qopan səsdir o.
Ey böyük Üzeyrin nəcib balası
Leylinin, Məcnunun könül nəvası,
Gözəl Qarabağın, Milin havası,
Şirvanın, Qazağın gözü
səndədir!
Kəpəzin, Qoşqarın, bizim mahalın
İncə bir ruhudur sənin hər xalın.
Tanrı, kamançanın, sazın, qavalın
Söhbəti səndədir, sözü
səndədir!
Öz doğma elində sevilməyən
kəs
Özgə bir eldə də sevilə bilməz!
Sənsə hər millətə oldun müqəddəs,
Çünki bu torpağın özü
səndədir!
Əliağa Kürçaylı.
|