Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Məktublar


 

 

6-cı MƏKTUB  

 ƏZİZİM MÜSLÜM!

Sənin məktubunun məni və Məleykəni nə qədər sevindirdiyini təsəvvür edə bilməzsən. Məktubunu almazdan əvvəl elə yay istirahəti haqqında danışırdıq. Bu qədər gərgin işdən sonra istirahət etmək çox vacibdir. Sentyabrdan e'tibarən daha artıq işləməli olacağam; biz deyirdik ki, işdir, əgər yayda pulumuz olmasa, sözsüz ki, istirahət edə bilməyəcəyik, lakin sənin məktubun bizdə ümid doğurdu, bizi sakitləşdirdi və ruhlandırdı. Sənin dar günü üçün yığdığın 150 manatı yay istirahətimizi tə'min etmək üçün bizə göndərməyindən çox mütəəssir olduq, çox yaxşı iş görmüsən; biz artıq qənaət etməyə alışmışıq, belə ki, 150 manatın 50 manatını evə göndərdik, özümüzə yüz manat qaldı, hələ bundan 25 man. ev kirəsi, 14 man. pianoda çalmaq haqqı (iki aylıq) verdik və lombarddan bə'zi şeylərimizi götürdük, bütün bunlar onun sayəsində mümkün olmuşdur ki, evdə bişirib yemişik, əgər restoranda nahar etsək, hər ay azı 20—25 manat artıq xərcləməli olarıq. Bu dəfə bizə 170 manat lazımdır (ən kiçik xəcldəri belə nəzərə alıb hesablamışıq), əziz Müslüm, 200 manatın 30 manatını ehtiyat üçün saxla, qalan 170 manatı isə teleqrama artıq pul verməmək üçün poçtla bizə göndər, lakin pulu ayın 1-nə1 qədər almağımız üçün fevralın 25-də yola sal, çünki 1-dək pulumuz qurtaracaqdır.

Məktubundan görünür ki, konservatoriyaya daxil olduğuma əvvəlcə inanmamışsınız, eyib olsun, məgər mən belə bir yalan danışarammı, özü də teleqrafla! Dərslərim müvəffəqiyyətlə keçir, ümid edirəm ki, kontrapunkt sinfinə keçə biləcəyəm, həmin sinifdə kontrapunktla yanaşı instrumentovka da keçəcəyik; deməli, bir ildən sonra bəstəkarlıq uçün lazım olan şeylər: harmoniya, kontrapunkt və orkestrovka haqqında mə'lumatım olacaqdır, inşallah, onda səninlə birlikdə daha əsaslı, mütəşəkkil və maraqlı fəaliyyətə başlaya bilərik. İndi isə əldə etdiyin parlaq müvəffəqiyyətlərini axıradək davam etdirməyini arzulayıram inşallah, tezliklə görüşərik. Badyuşa, Camula və bütün qohumlara salam söylə. Hamınızı öpürəm.

Sənin Üzeyrin.
19 fevral 1914-cü il SPb


1 Mart ayı nəzərdə tutulur. 

 
 

 

 

 

 

 
   © Musigi Dunyasi, 2005