Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

KOROĞLU ZİRVƏSİ ÜSTƏ.    

 

Neçə cığır açdı, neçə yol açdı,
Ömür yollarında "Cəngi" yarandı,
Xəyalı göyləri gəzdi, dolandı,
İlhamı torpaqdan aldı Üzeyir.

Xeyirdi, sənəti boğdu şəri də,
Qızıl güllər açdı alın təri də,
Təkcə royalı yox, ürəkləri də,
Mahir əlləriylə çaldı Üzeyir.

Musiqidən tutdu gül dəstəsini,
Dinlədi hər zaman xalqın səsini,
Qurtara bilmədi "Firuzə"sini,
Dərin xəyallara daldı Üzeyir.

Şəlalətək axır ürəyimizdən,
Qəlbi ayrılmadı heç zaman bizdən,
Boylandi "Koroğlu" zirvəsi üstdən,
Köçüb ürəklərdə qaldı Üzeyir.

Tofiq Mütəllibov.
 
   © Musigi Dunyasi, 2005