Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

HEYRANLIQ    

 

İllər bir-birini govaraq gedir,
Artır gözlərimdə çən, Uzeyir bəy!
Aydın görünürsən fəqət ilbəil
Mənim nəzərimdə sən, Üzeyir bəy!

"Leyli və Məcnun"a yüz yol baxmışam,
Min dəfə baxıram yenə həvəslə,
Sən onu yazmısan, ey dərya İlham,
Hansı məhəbbətlə, hansı nəfəslə?!

Məcnunun fəryadı, Nofəlin səsi
Ölməz musiqində nə sehrkardır?
Ey dağ Füzulinin qartal nəfəsi,
Həyatın nə gizli sirləri vardır!

O günəş parladi dörd əsr əvvəl,
Sən günəş parladın bizim zamanda,
Yanaşı seyr etdim hər axşam-səhər
Siz iki günəşi bir asimanda.

Taleyin hökmümü, təsadüfmü bu? –
Qalmışam məəttəl, deyə bilmirəm.
Sizin qüdrətiniz, sözün doğrusu,
Məni ovsunlayıb niyə, bilmirəm.

Qeyri-adi idin sən iste'dadda,
Ustad, son nəticəm, qərarım budur.
Kim desə ölməzsən hünərdə, adda,
Dərhal dillənərə:"Düzdür, doğrudur!"

Razıyam yatmayıb gecə sübhəcən,
Sənin musiqinin sehrində qalam.
Ülvi sənətinin heyrətində mən
Günlərlə, aylarla xəyala dalam,

"Leyli və Məcnun"a mən hər baxanda
Gözümün önündə sən canlanırsan.
Ölməz Füzuliylə sanki bu anda
Qoşa üfüqlərə qanadlanırsan,

O günəş parladı dörd əsr əvvəl,
Sən günəş parladın bizim zamanda.
Yanaşı seyr etdim hər axşam-səhər
Siz iki günəşi bir asimanda.

Davud Ordubadlı.

 
   © Musigi Dunyasi, 2005