Dedilər:
"Bu həyat bir tamaşadır",
Yox! Yox! Həyat axır bir bulaq kimi.
Zaman hünərsizi çox az yaşadır,
Gec gəlib, tez gedən bir qonaq kimi.
Dedin ki, hər şeydən şirindir
övlad,
Bəs mənim övladım hanı cahanda?
Sənə əsərlərin övladdır,
ustad,
Bilir zəmanə də, duyur insan da!
Duydun qönçə-qönçə diləkləri
sən,
Royal arxasında xəyala daldın.
Nəğmələr gözləyən
ürəkləri sən
Şirmayı dillərdə ilhamla çaldın!
Ustad! Könül ahı, gül ismətiylə,
Leylin həm ustaddır, həm vəfadardır!
Aşiq Füzulinin söz sənətiylə
Filosof Məcnunun mərd nəğməkardır!
"Məşədi İbad"ın qəflətdə
qalan
Mürgülü gözləri açır
hələ də.
Məhəbbət dastanı "Arşın
mal alan"
Dünyaya təbəssüm saçır
hələ də...
Müdrik Nizaminin neçə qəzəli
Sənin avazında hikmətlə dindi.
Gözündə yaş donmuş Təbriz
gözəli
"Dahi qardaş!" deyə həsrətlə
dindi.
Haçan döyüşlərdə yanan
yurdların
Alovu, tüstüsü yağdı qəlbimə,
Sənin inam dolu həyat notların
Şəlalə-şəlalə axdı
qəlbimə...
Hələ də azadlıq uman cahanda
Hakimlər əsəcək öz qorxusundan.
Fəqət məhkumları sakit zindanda
"Cəngi"n qaldıracaq qəm yuxusundan.
Koroğlu səhnədə saz çalan
zaman
Adını könüllər daşıyacaqdır.
Sevib-sevildikcə "Sevgili canan",
"Sənsız"in sənsiz də yaşayacaqdır!
Dedin ki, hər şeydən şirindir
övlad
Bəs mənim övladım hanı cahanda?
Sənə əsərlərin övladdır,
ustad,
Bilir zəmanə də, duyur insan da!
Əli Tuda. |