Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

DÜNYA XƏLVƏT DƏRƏ DEYİL...     

 

Üzeyirbəy Hacıbəyovun "Arşın mal alan"musiqili komediyası 1939-cu ildə Amerika Birləşmiş Ştatlarında ekranlaşdırılarkən kinomatoqrafçı erməni Ruben Mamulyan ulu bəstəkarımızın adını gizləyərək, bu əsərin guya müəllifsiz bir Şərq əfsanəsi olduğunu uyduraraq tamaşaçıları aldatmışdır. Bu ədəbi oğru filmin nümayişindən toplanan milyonları qoyub nəhəng bir mehmanxana inşa etdirmiş - adını da "Arşın mal alan" qoymuşdur...

Üzeyir bağında nə qədər bəhrə!
Üzeyir xəyalı nə qədər əlvan!
Bir ömrə sığmayan bu əsərlərə
"Əfsanə" deməkdə bəlkə haqlısan.

Güman elədin ki, xəlvət dərədi;
Yırtılmaz pərdəsi bu firıldağın...
Xəbislik xəbislə artdı, törədi,
Sirrini örtməyib dünya alçağın.

Azalmaz bir zərrə divin divliyi
– Nə qədər cumuxsa cırtdanlar divə!
Gizləyə bilməzsən Üzeyir bəyi,
Onun Günəş ruhu sığışmaz cibə!

Üzeyir möhtəşəm, Üzeyir uca!
Dərədən zirvəyə uladın sanki!
"Arşın mal alan"a əlin çatınca
Kəsdirdi üstünü "Koroğlu" cəngi!

Onun söykəndiyi Füzuli dağı
Bu yurddan baş alıb dirənib göyə!
Yeriyən od olsan, ağılsız yağı,
Neyləyə bilərsən Üzeyir bəyə?

Xalqının gözündə ucalan kəsi
Min bədxah zirvədən endirə bilməz!
Simlərdə alışar millətin səsi!
- Onu tufanlar da söndürə bilməz!

Sərçəsən, Qartalın üstə şığıma,
Xamırın çürükdür, birdəfəlik qan!
Gözünə sancılan gur işığıma
Gözün kor olduqca diş qıcayırsan...

Sən ki, yaranmısan bədxahlıq üçün:
Dünyanın başını kəsmək dilərsən.
Günəşi yummağa yetişməz gücün,
Eləcə gözünü yuma bilərsən...

Məmməd Aslan.


 
   © Musigi Dunyasi, 2005