Alqış,
Qarabağ, səndəki bu qüdrətə
alqış,
Tarix boyu alnındakı ülviyyətə
alqış!
Oğlun da, qızın da dağı dağ
üstə qoyurlar,
Onlardakı bu sevqiyə, bu zəhmətə
alqış!
Sən şöhrəti dildən-dilə
düşmüş Üzeyir tək
Övlad yetiribsən, belə bir şöhrətə
alqış!
Ustad Üzeyir! Dinlə məni xoş bu
günündə,
Alqış, sənə ilham verən hürriyyətə
alqış
Sönməz həvəsin nəğmələrin
nəğməsi oldu,
Nəbzındəki dostluqla vuran sənətə
alqış!
Yol açdı səninçün Şuşamız
kürreyi-ərzə,
Alqış ulu xalqımdakı bu qeyrətə
alqış!
Təkrar, yenə alqış yenə alqış
deyirəm mən
Dahi Üzeyir bəy yetirən millətə
alqış!
Süleyman Rüstəm.
|