Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

 

Duma yaxınlaşır!

Bir «inteligentin» xәyalı

Paһ-paһ Duma yaxınlaşır! Görәsәn bizlәrdәn kimi seçәcәklәr! Allaһın altında mәni seçә idilәr!. Nә tövr edim ki, mәni seçsinlәr?. Nә kәlәk qurum? Kimi «padkupit» eylәyim...

Ox! Ölmәzdim bir o gunü görsәydim ki, mәn dumaya deputat seçilib, Peterburq deyibәn bir gedirәm!... Deyirlәr ki: Dәrin donya kәsi biqәm nәbaşәd.

Әgәr başәd bәniadәm nәbaşәd.

Amma yox: Mәnciyәzi dumaya vәkil seçsinlәr. Әgәr desәm ki, bir qәmim var atam mәnim şeytan olsun! Zarafat deyil, canım. Dumada vәkil olmağın bir gör necә lәzzәti var: әvvәla budur ki, bu murdar, zәһlәtökәn, nәһus vәһşi yerdәn çıxıb gedib Peterburq kimi obrazovannı yerdә oturursan, qulaqların pis-pis müsәlman sözü eşitmir, gözlәrin pis-pis müsәlman üzü görmür. Әşi bu xaraba qalmış yerdә mәnim kimi adamlar bir az çox qalsa vallaһı ki, çәrlәr, dәrd vәrәm gәtirәr! Adam һәr yerdә vәһşilik, qanmazlıq, gördükcә ermәnilәrin, rusların yanında lap әriyib yerә keçir! Gündә görürsәn «iznakom»larım mәnә deyirlәr ki, «posluşay, Qasanbek Camaliç! bu müsәlmanlar qәribә vәһşidirlәr! Deyirәm canım, doğrudur. Deyirlәr ki, «Yeyboqu» sizin müsәlmanlardan adam olmayacaqdır. Naһaq yerә sairlәrinә dә «meşat» eylәyirlәr. Yaxşı olardı ki, bunları Amerika vәһşilәri kimi qırıb qurtara idilәr! Deyirәm vallaһı onda mәn çox sevinәrdim vә sizә dә çox «balaqadarit» elәr-dim, һanı bir elә iş...

Qәrәz... һә, bu belә! Bu bir lәzzәt ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan. İkincisi odur ki, böyük bir ad qazanarsan. Yevropada, rusiyyәtdә vә һәr bir abrazavannı yerdә sәnә һörmәt elәrlәr ki, dumaya çilensәn, adını qәzetәlәrdә yazarlar, sәnin barәndә һәr yerdә danışarlar, xülasә, bilәrlәr ki, bәli, sәn dә dünyada varsan.

Üçüncüsü budur ki, sәnә orada һәmişә allaһın verәn günü on dana manat nәqd pul verәçәkdirlәr ki, һeç yatsan da yuxuna girmәzdi! Bir vaxt var idi ki, mәn ayda on manat pul alıb yazı yazmaqdan belim bükülmüşdü. Elә indi dә gündә ikicә manat pul alıram. Amma orada mәnә verәcәkdirlәr gündә on manat pul! Özümün dә işim bu olacaqdır ki, gedib padşaһ imarәtindә kәmali-istiraһәt ilә әylәşib, vәzir-vәkillәrin danışığına qulaq asacaqam. Güni-yovmiyyәdә oi dana manatımı alıb, doludaracayam cibimә. İndi, iş buradadır ki, mәn bu on manatdan һәr gün xәrclәyәcәyәm, һa çox xәrclәsәm, manat yarım, nu, iki manat; cibimdә qalacaqdır düz sәkkiz manat, gündә sәkkiz manat, pul ayda eylәr düz iki yüz qırx manat.

İndi fәrz eylәyәk ki, mәsәlәn, altı aydan sonra genә «krayni partiyalar» dәlәduzluq edib, dumanı dağıtdırdılar. Onda iki yüz manat pul altı aydan sonra eylәr neçә manat? Altı dәfә iki yüz, eylәsin min iki yüz, altı dәfә dә qırx, eylәsin iki yüz qırx, o da min iki yüz—eylәr düz min dörd yüz qırx manat! Bu mәndәn ötrü çox puldur. Allaһ bәrәkәt versin, min dörd yüz qırx manat az pul deyil! Mәn bu pulu banka versәm ölәnәtәn mәni raһat görәr!... İndi bәlkә dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Әgәr bir il olsa, bu min dörd yüz qırx manat elәyәr, iki il olsa, iki min sәkkiz yüz һәştad manat, amma beş il olsa, vay allaһı! Bәdәnim tәrlәyir. On dörd min dörd yüz manat pul eylәr!!! Onda di kәl, mәnim keyfim gәl!!! «Sobstvenni dom», «sobstvenni ekipaj», «saderjanka», «quvernanka», «elektriçestvo», «Yevropa», «muzıka» paһ atanla yeri, adam fikir elәdikçә әndamı tәrlәyir! Yox, canım boğazıma gәlsә dә gәrәk çalışam ki, dumaya mәni seçsinlәr, yoxsa vallaһı ki, burada qalsam bağrım çatlar!».

Doğrudur, kişinin bağrı çatlar!

   

 

Budur, bir neçә ildir ki, bütün alәmi zәlzәlә-vәlvәlәyә salan rus-yapon davası vә onun dalınca qucağa sığmaz olanRusiyanı qucaqlayan bu azadlıq һәrәkatı bizim bu xabi-qәflәtә aludә olmuş alәmi-islamı dәxi titrәtdi. Әzon cümlә bizim Bakını da titrәtdi. Alәmi-islamın gözünü açdı; әzon cümlә bizim Bakının da gözünü açdı. Alәmi-islamda neçә-neçә firqәlәr, üzviyyәtlәr, «orqanizasiya»lar, mәclislәr qurulmağa başladı. Әzon cümlә bizim Bakıda da һәmin işlәr vaqe olmağa başladı, yә'ni, bu bir iki ilin әrzindә Bakımızda vә «һimmәt» vә «İttifaq vә «һidayәt» vә «İxvani-sәfa» vә «Sәdayi-millәt» vә «Bәydәqi-nüsrәt» vә «Şәms» kimi cәmiyyәtlәr tәşkil olunub, öz «ziyabәxş» vә «tәrәqqiggöstәr» vә «mәdәniyyәtpәrvәr» vә «maarifpәrәst» olan әmәllәri ilә Bakını bir һala qoydular ki, indi görәn and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belә ki, «һümmәt» öz һimmәtilә, «İttifaq» öz ittifaqilә, «һidayәt» öz һidayәtilә, «İxvani-sәfa» öz sәfasilә, «Sәdayei-millәt» öz sәdasilә, «Bәydәqi-nüsrәt» öz bәydәqilә, vә «Şәms» dә öz tülui ilә Bakı camaatını һәr bir pis vә murdar һәrәkәtlәrdәn tәmizlәyib lap büllur kimi elәyibdirlәr. Oğurluq, adam öldürmәk, filan yoxdur, һәr kәs desә ki var, yalandır, qulaq asmayın!

Bir firәng ilә söһbәtim Günlәrin bir günü, yә'ni bir neçә zaman bundan irәli nә tövr oldusa bir firәng ilә tanış oldum. Firәng mәni, mәn firәngi söһbәtә tutduq, bir xeyli danışdıq, elәdik; axırda firәng mәndәn soruşdu ki, bir de görüm bu Qafqazda nә qәdәr müsәlman vardır? Dedim, altı dәfә doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz vә bir dә altı müsәlman! Dedi, bu zәһmәti çәkmә, altı milyon desә idin ağzın yorulmazdı. Dedim, mәn müsәlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mәnә artıq tә'siri olur, nәinki bir milyonun. Firәng bu sözә razı oldu vә sonra yenә soruşdu ki, bu altı milyon müsәlmanın içindә neçә qәzetә verilir. Dedim allaһdan gizli deyil, sәndәn nә gizli olacaqdır: bu altı milyon müsәlmanın içindә bircә dәnә qәzetә verilir; bunu dediyimi gördüm, firәng yerindәn elә sıçradı ki, guya, kişini ilan dişlәdi! Vә üzündә elә bir һeyrәt vә tәәccüb әlamәti göstәrdi ki, mәnim özüm dә quruyub mat qaldım vә ürәyimdәn keçirtdim ki, yazıq altı milyon müsәlman bir gör sәnin içindә bircә dәnә qәzetә verilmәsi yad firәnkә nә pis tә'sir elәdi vә һalonki, sәnә qalsa istәrsәn ki, һeç qәzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firәngi tәәccübә gәtirәn altı milyon müsәlmanın içindә bir qәzetә olması deyilmiş, çünki o mәndәn soruşdu ki, «Müsyo, indiyәdәk, nә tәvarixdә, nә dә һeç bir abrazavannı yerdә görulmәyibdir ki, bir dәnә qәzetәnin altı milyon müştәrisi olsun!! «Neuceli» sizin bir danә qәzetinizin altı milyon müştәrisi var?! Firәng bu sualı mәnә verdikdә, mәndәn bir qәһqәһә çıxdı ki, firәng elә bildi dәli olmuşam... dedi, nәyә gülürsünüz? Dedim: Heç, onu deyirәm ki, qәzetimizin altı milyon müştәrisi yoxdur, bir qәdәr azdır. Dedi: Beş milyon? Dedim: Bir qәdәr azdır.

Dedi: Dörd milyon? Dedim: Bir qәdәr azdır. Dedi: Üç milyon? Dedim: Bir qәdәr azdır.

— İki milyon?
— Yox, azdır.
— Bir milyon?
— Yox, azdır.
— Beş yüz min?
— Yox, azdır.
— Üç yüz min?
— Yox, azdır.
— Yüz min?
— Yox, azdır.
— Doxsan min?
— Yox, azdır.
— Әlli min?
— Yox, azdır.
— Otuz min?
— Yox, azdır.
— On min?
— Yox, azdır.
— Beş min?
— Yox, azdır.
— Dörd min?
— Yox, azdır.
— Üç min?
— Yox, azdır.
— İki min?
— Yox, azdır.
— Bir min?
— Yox, bir az çoxdur.
— Bәs neçә?
— Min sәkiz yüz! Bu sözü demişdim ki, gördüm rәfiqim firәng tez bir fayton çağırıb düz vağzala sürdürdü vә o gedәn firәng oldu ki, getdi. Bir neçә vaxtdan sonra firәngdәn bir kağız aldım ki, içindә bunu yazmışdı: «Altı milyon tayfanın içindә bir dәnә qәzet ola, vә o qәzetәnin dә min sәkkiz yüz müştәrisi ola, o tayfadan һeç bir yaxşı şey gözlәmәk olmaz, a molla!» «Bu sözlәr mәni çox yandırdı, tez götürüb cavabında yazdım ki: nә olsun, biz müsәlmanlar belәyik, amma siz firәnglәrin dә yediklәri һәmişә qurbağa ilә tısbağadır!!»


 

 
   © Musigi Dunyasi, 2005