Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

ÇIRAQ YANDIRAN    

 

Mədəniyyətimizin təəssübkeş ağsaqqalı
Ramazan Xəlilova

Köhnə küçə, iki qatlı bir bina...
Həlim-həlim nur ələyən baxışlar,,.
Nələr düşür, görən, onun yadına?
Nələr görür doxsan yaşlı ixtiyar?...

Bu ocağın çırağını yandıran,
Bu çırağın həvəsilə yaşayır,
Vurhavurdan, qeylü-qaldan yan duran
Üzeyırin nəfəsilə yaşayır,

Əsrimizin dünyagörmüş şahidi,
Şeyx Şamilin qanı, çağlar qanında,-
Bu torpağa bel bağlayıb isindi,
Uca tutdu şöhrətin də, şanın da,

Zəmanənin tufanları, bir baxın,
Neçə-neçə taxtı yıxıb süpürdü,
On səkkizdə əl tutduğu bayrağın
Süqutunu, zəfərini o gördü,..

At qoşqulu o konkalar bir xəyal...
Köhnə küçə köhnə dudman duyğulu..
Bu ocaqda kükrəyərdi hey royal...
Səsləyərdi igidləri Koroğlu...

Ötən-gerçək, bugün sanki rö'yadır...
Qərib axşam çulğalayır dəhlizi...
Səssiz dillər dilə gəlib oyadır
Həzin-həzin nəğmələnən "Sənsizi"...

Səyavuş Məmmədzadə.


 
   © Musigi Dunyasi, 2005