Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

ƏŞYALAR DANIŞIR     

 

Üzeyir Hacıbəylinin əziz xatirəsinə.

Yolun son mənzili ilkini dandı
Güney bitən yerdən başlanır quzey
Elə ki, dahinin qəlbi dayandı
Adı-tarix oldu, evi - bir muzey.

Dahinin qələmi, mizi, dəftəri,
Eksponat oldu o gündən bəri.
Bu cansız əşyalar ilkini dandı
İtdi o əvvəlki vəzifələri,
Onlar tamam başqa dəyər qazandı.

Dahinin gözləri qapanan zaman
Dahinin yerinə onlar dindilər.
Çıxıb adiliyin dar otağından
Qeyri-adilikdə rütbələndilər.
Əşyalar danışır...
Günlər incitək

Xatirə sapına düzülür indi
Əşyalar üfürür...
Sönən bir ürək
Boz külün altından çözülür indi.
Açılır bir ömrün eşqi, məlalı,
Fərəhi, Sevinci gələcək üçün
Böyük bir insanın fikri, xəyalı
Cansız əşyalarda yaşayır bu gün.

Əşyalar danışır hey şirin-şirin
Bu gün dünən ilə üz-üzə durmuş.
Dahinin əlinə dəyən şeylərin
Ömrü öz ömründən uzun olurmuş.

Bəxtiyar Vahabzadə.

 

 

 

 

 
   © Musigi Dunyasi, 2005